3 milyon manatdan çox əsassız ödənişin “üstü açıldı”

Oxunma sayı: 517
27-08-2019, 21:20

3 milyon manatdan çox əsassız ödənişin “üstü açıldı”
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində məlum olub ki, dövlət büdcəsindən əsassız olaraq 3 281 270 manat ödəniş olub

Yoxlamalar 01.01.2016 – 27.05.2018 tarixlərini əhatə edib.

Aparılan yoxlamalar nəticəsində əsassız xərclənən 3 281 270 manat geri qaytarılıb.

İş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilmişdir.(Fed.az)

Paylaş
Xəbər lentİ