"ƏDV-dən azadetmə çörəyin qiymətinin qalxmamasına təsir edəcək"

Oxunma sayı: 454
14-02-2021, 10:04

"ƏDV-dən azadetmə çörəyin qiymətinin qalxmamasına təsir edəcək"
"Qəlyan üçün hazırlanan tütünlərin aksiz vergilərinə cəlb edilməsi, həmçinin elektron siqaretlər üçün mayeyə tətbiq olunan aksiz vergisinin hər litr üçün 100 manat olması nəzərdə tutulur"

Buğdanın idxalı və satışının, həmçinin buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddəti (2017-ci il yanvarın 1-dən etibarən) 5 ildən 7 ilədək uzadılır. Bu da çörəyin qiymətinin artmamasına təsir edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdən danışarkən deyib.

"ƏDV-dən azadetmə çörəyin qiymətinin qalxmamasına təsir edəcək"


O bildirib ki, ƏDV çörəyin qiymətinə təsir göstərir: "Ona görə də unun, çörəyin və kəpəyin istehsalı və satışının ƏDV-dən azadedilmə müddəti uzadılır. Kəpəyin də istehsalı və satışının ƏDV-dən azad edilməsi müddəti 3 ildən 5 ilədək (2019-cu il martın 1-dən etibarən) uzadılır.

Ekspert qeyd edib ki, dəyişikliyə görə, qəlyan üçün hazırlanan tütünlərin aksiz vergilərinə cəlb edilməsi, həmçinin elektron siqaretlər üçün mayeyə tətbiq olunan aksiz vergisinin hər litr üçün 100 manat olması (əvvəl 20 manat idi) nəzərdə tutulur. Bu da həmin məhsulların qiymətinin qalxmasına təsir edəcək.

Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişiklik Milli Məclisin iclasında birinci oxunuşda qəbul olunub.//sputnik


Paylaş
Xəbər lentİ