“Bravo”dan üzərində “Ararat” yazılmış çantalarla bağlı açıqlama - FOTO + YENİLƏNİB

Oxunma sayı: 350
16-07-2021, 06:50

“Bravo”dan üzərində “Ararat” yazılmış çantalarla bağlı açıqlama - FOTO + YENİLƏNİB
“Bravo Supermarket Azərbaycan” özünün Facebook səhifəsində üzərində “Ararat” yazılmış çantaların satılması məsələsi ilə bağlı paylaşım edib.
Arasdırma.info Yeniavaz.coma istinadən xəbər verir ki, sözügedən məhsul mağazadan götürülüb:
“Sosial mediada yayılmış, “Bravo”da satışda olmuş "Mountain Sport" çantaları ilə bağlı paylaşımlara aydınlıq gətirmək istəyirik. Bu çantalar Çində istehsal olunmuş məhsullardır və yerli təchizatçı tərəfindən “Bravo” və digər satış nöqtələrinə tədarük olunub. Məsələnin həssaslığı nəzərə alınaraq məhsul satışdan qaldırılıb və təchizatçıya iadə olunub. Anlayışınız üçün təşəkkür edirik”.

***10:35
Paytaxtın 20 Yanvar ərazisində yerləşən “Bravo” supermarketdə satılan hərbi çanta ermənistan ordusunun istifadə etdiyi rəngdədir və üzərində “Ararat” (ermənilər Ağrıdağına “Ararat” deyirlər – red.) sözü yazılıb.
Arasdırma.info Yeniavaz.coma istinadən xəbər verir ki, belə bir iddianı Fariz Həsənli adlı sosial şəbəkə istifadəçisi səsləndirib.
Fariz Həsənli sosial şəbəkə hesabında paylaşdığı fotonu və yazdığı sözləri olduğu kimi təqdim edirik:
“Bravo 20 Yanvar. Erməni hərbi kamuflyajı. Ararat sport. Ağrı dağı loqosu. Bilərək ediblərsə deyəcək söz yoxdur. Bilməyərək ediblərsə ölkə reallığı, gündəmi və həssaslığından nə qədər uzaq olduqlarının sübutudur. Üçüncü, daha optimist variant axtarıram. Siz nə düşünürsüz?”

Paylaş
Xəbər lentİ