Bakıda 400 manata toyuq satılır - FOTO

Oxunma sayı: 541
20-09-2019, 15:58

Bakıda 400 manata toyuq satılır - FOTO
İnsanların gündəlik qida rasionunda ən tələbatlı məhsullardan biri şübhəsiz ki, toyuq ətidir. Həm əti, həm də yumurtası üçün Azərbaycanda da toyuq bəslənməsinə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycan digər məhsullarla müqayisədə quş ətinə və yumurtaya olan tələbatını tam şəkildə ödəyir. Azərbaycanda çoxlarının bilmədiyi dekorativ toyuq növləri də var ki, bunlara daha böyük maraq müşahidə olunur.

Dekorativ toyuq növlərinin ən çox satıldığı məkanlardan biri isə Sabunçu rayonu ərazisində yerləşən və “rus bazarı” adı ilə tanınan ticarət məkanıdır. Yalnız bazar günləri fəaliyyət göstərən bu bazarda müxtəlif növdə quşlar tapmaq mümkündür. Qiymətlər isə fərqlidir - 5 manatdan 250 manata qədər...

Kəsim üçün nəzərdə tutulan toyuqların qiyməti maksimum 10 manatdır. Dekorativ quşlara gəldikdə isə vəziyyət bir qədər dəyişir. Belə quşların minimum qiyməti 50 manatdır. Dekorativ quşların şahı isə "Brama"dır. Bu toyuq növü Asiyada yaransa da, sonralar ABŞ-a gətirilib, burada populyasiya olunub və hər kəs onu Amerikan sortu kimi tanıyır. “Rus bazarı”nda Bramanın qiyməti minimum 50 manatdan başlayır. "Brama" özü də bir neçə növə bölünür - "dark", "light" və "gold". Onların arasında ən çox tələbat "gold Brama"yadır. Bazarda "Brama"nın 10 günlük balası 3 manata, yumurtası isə 12 manata satılır.Bakıda 400 manata toyuq satılır - FOTO

Paylaş
Xəbər lentİ