Yüzlərlə delfin sahilə atıldı - Foto

Oxunma sayı: 482
28-09-2019, 23:41

Yüzlərlə delfin sahilə atıldı - Foto
Sentyabrın 26-da yüzdən çox delfin Atlantik okeanındakı Boa Vista sahilində tələf olub.

Teleqraf.com Associated Press-ə istinadla xəbər verir ki, könüllülər təşkilatı olan Cape Verde hadisə yerindən görüntüləri Facebook-da yayıb.

İlkin məlumatlara görə, bu günə qədər 136 məməli dəfn edilib.

Hadisənin səbəbini müəyyənləşdirmək üçün araşdırmalar aparılır.
Yüzlərlə delfin sahilə atıldı - Foto

Paylaş
Xəbər lentİ