Bakıda ən dadlı səhər yeməyi verilən məkanlar - QİYMƏT / MENYU

Oxunma sayı: 1 061
21-10-2019, 09:39

Bakıda ən dadlı səhər yeməyi verilən məkanlar - QİYMƏT / MENYU
Uğurlu gün dadlı-ləzzətli səhər yeməyi ilə başlayır

Mütəxəssislər hesab edir ki, səhər yeməyi insan orqanizmi üçün vacibdir. Bütün həftəni işləyən əksər insanlar üçün rahat səhər yeməyi imkanı yalnız həftə sonu yaranır. Bu imkanı göz oxşayan bir yerdə, dadlı təamlardan ibarət məkanda dəyərləndirmək isə daha yaxşıdır.

Bakucity.az paytaxtda səhər yeməyi servis edən restoranları araşdırıb.

“Mado”

“Mado” restoranlar şəbəkəsinin Mərdanov qardaşları 3 (“Tarqovı”) ünvanında yerləşən filialında 6 növdə standart səhər yeməyi menyusu və seçməli səhər yeməkləri təklif olunur.

İsti səhər yeməyi – Pomidor-yumurta (hellim pendiri, kaşar pendiri, göbələk, sucuq, acı bibər və kartoflu);

Mado klassik səhər yeməyi – Ağ pendir, kaşar pendiri, keçi pendiri, su börəyi, kərə yağı, bal, çiyələk mürəbbəsi, zeytun növləri, soyutma yumurta, pomidor, xiyar, çörək növləri, simit və çay – 4 stəkan çay pulsuz, əlavə sifariş olunacaq hər bir stəkan çay 1 AZN;

Milli səhər yeməyi – Nəhrə yağı, şor, süzmə, pendir, qaymaq, bal, kərə yağı, yumurta, zeytun, ərik, qoz, əncir, pomidor, xiyar, yaşıl reyhan, qara reyhan, pomidor-yumurta, çörək növləri və çay – 4 stəkan çay pulsuz, əlavə sifariş olunacaq hər bir stəkan çay 1 AZN;

Ənənəvi kənd səhər yeməyi – Ağ pendir, otlu pendir, hellim pendiri, örgü pendiri, keçi pendiri, bal, qaymaq, albalı mürəbbəsi, kərə yağı, zeytun növləri, su börəyi, basdırma, pomidor, xiyar, qayğanaq, qızardılmış sucuq və ya menemen, çörək növləri, simit və çay – 8 stəkan çay pulsuz, əlavə sifariş olunacaq hər bir stəkan çay 1 AZN;

Simit səhər yeməyi – Simit arası əridilmiş kaşar pendiri, təzə göyərti, pomidor, xiyar və bir stəkan çay;

Ballı səhər – Bal-qaymaq, isti süd və çörək.
Bakıda ən dadlı səhər yeməyi verilən məkanlar - QİYMƏT / MENYU
Bakıda ən dadlı səhər yeməyi verilən məkanlar - QİYMƏT / MENYU
”CafeCity Fountain”

”Cafe City” restoranlar şəbəkəsinin İslam Səfərli 3 ünvanında yerləşən bu filialı hər səhər müştərilərinə iki növdə standart menyu və seçmə səhər yeməkləri təklif edir.

İkinəfərlik səhər yeməyi – Sosislər, tost-çörək, ağ pendir, kərə yağı, kəsmikli kökələr, rukola, kök, xiyar və turp;

Qəlyanaltı seti – Qaymaq, bal, şor, ağ pendir;


Seçməli səhər yeməkləri:

Firni sıyığı - Düyü unu, süd, şəkər tozu, darçın;

Yulaflı sıyıq - Yulaf, qaysı, qara gavalı və ya başqa quru meyvələr, kərə yağı;

Kükü - Yumurta, göyərti, kərə yağı;

Sucuqlu qayğanaq, qarışıq omlet - Yumurta, toyuq filesi, göbələk;

Pendirli sendiviç - tərkibi tost-çörək, çedder pendiri, qauda pendiri, kərə yağı, rukola, kök, xiyar, turp;

Qara tost-sendiviç - Qara çörək, vetçina, yumurta, qauda pendiri, rukola, kök, xiyar, turp;

Fəsəli – Yumurta, kərə yağı, xəmir, bal;

Krok-Madam sendviçi – Tost-çörək, dana ətindən salyami, yumurta, kərə yağı, Qauda pendiri, rukola, kök, xiyar, turp;

Yumurta-skrembl tostda – Tost-çörək, yumurta, qaymaq, kərə yağı;

Brusketta, qızılbalıq və avokado ilə - Qara çörək, hisə verilmiş qızılbalıq, Filadelfiya pendiri, avokado, pomidor, yumurta;

Tost, hisə verilmiş toyuq ilə - Tost- çörək, yumurta, qaymaqlı pendir, hisə verilmiş toyuq filesi, rukola, kök, xiyar, turp;

Pendirli və kəsmikli kökələr - Giləmeyvəli sous ilə;

Oladyi - Bal ilə.
Bakıda ən dadlı səhər yeməyi verilən məkanlar - QİYMƏT / MENYU

“Baku Cafe”

Kafedə birnəfərlik yemək seti var, amma seçməli səhər yeməkləri menyusu da təşkil olunub.

Birnəfərlik set – Təndir çörəyi, süzmə və ya qaymaq, bal və ya əncir mürəbbəsi, kərə və ya nehrə yağı, şor və ya duzlu pendir (İsmayıllı pendiri, motal və ya keçi pendiri), yumurta (pomidor-yumurta, omlet, kükü və ya qaynadılmış yumurta), çay və ya kakao - 14 AZN.

Seçməli səhər yeməkləri – Qutablar (göyərti və ya ətlə), Blinlər (qatılaşdırılmış süd, xama, cem , şokolad yağı ilə), Pankeyklər (giləmeyvələrlə), Sırniklər (qatılaşdırılmış süd, xama, cem , şokolad yağı ilə), Fransa tost-çörəyi , Yulaf sıyığı (giləmeyvələrlə), Düyü sıyığı (portağal ləti ilə), Manna sıyığı (giləmeyvələrlə), Benedikt Aussie yumurta (ətlə), Benedikt yumurta, Florensiyasayağı yumurta, Tost-çörək üzərində bekon ilə nimru, Qayğanaq (qulançar ilə), Krok-Madam, Omlet (göbələk, vetçini, tərəvəzlər, ispanaq və keçi pendiri ilə). Bakıda ən dadlı səhər yeməyi verilən məkanlar - QİYMƏT / MENYU
“Baku Cafe”

Kafedə birnəfərlik yemək seti var, amma seçməli səhər yeməkləri menyusu da təşkil olunub.

Birnəfərlik set – Təndir çörəyi, süzmə və ya qaymaq, bal və ya əncir mürəbbəsi, kərə və ya nehrə yağı, şor və ya duzlu pendir (İsmayıllı pendiri, motal və ya keçi pendiri), yumurta (pomidor-yumurta, omlet, kükü və ya qaynadılmış yumurta), çay və ya kakao - 14 AZN.

Seçməli səhər yeməkləri – Qutablar (göyərti və ya ətlə), Blinlər (qatılaşdırılmış süd, xama, cem , şokolad yağı ilə), Pankeyklər (giləmeyvələrlə), Sırniklər (qatılaşdırılmış süd, xama, cem , şokolad yağı ilə), Fransa tost-çörəyi , Yulaf sıyığı (giləmeyvələrlə), Düyü sıyığı (portağal ləti ilə), Manna sıyığı (giləmeyvələrlə), Benedikt Aussie yumurta (ətlə), Benedikt yumurta, Florensiyasayağı yumurta, Tost-çörək üzərində bekon ilə nimru, Qayğanaq (qulançar ilə), Krok-Madam, Omlet (göbələk, vetçini, tərəvəzlər, ispanaq və keçi pendiri ilə).
Bakıda ən dadlı səhər yeməyi verilən məkanlar - QİYMƏT / MENYU
“Nar Cafe”

Kafenin müştərilərinə hər gün bəlli saatlarda iki adda menyu təklif olunur.

Milli səhər yeməyi menyusu - Yumurta, qaymaq, yağ, bal, cem, ağ pendir, holland pendiri, çörək və limitsiz çay hər gün 10:00-dan 12:30-dək 09.00 manata servis edilir.

Türk səhər yeməyi menyusu - Kərə yağı, xiyar, pomidor, zeytun (yaşıl, qara), cem, sucuk, vetçina, holland pendiri, təndir çörəyi və limitsiz çay hər gün 10:00-dan 12:30-dək 11.00 AZN-dir.

Ünvan: Hüseyn Cavid pr.17, “Glass Plaza”nın 4-cü mərtəbəsi.

“Hollywood Deluxe”

Badamdar şossesi 77 ünvanında yerləşən məkanda standart səhər yeməklərinə üç adda menyu daxildir.

Səhər yeməyi menyusu – Yumurta-pomidor, 8.00 AZN;

Azərbaycansayağı səhər yeməyi - 10.00 AZN;

Kahvaltı Türk səhər yeməyi - 12.00 AZN.

Bu məkanda nahar etsəniz 10% xidmət haqqı hesabınıza əlavə olunacaq. Nuş olsun!

Paylaş
Xəbər lentİ