Fillərin ölümünün qarşısını almaq üçün yeni ÜSUL

Oxunma sayı: 67
22-05-2024, 07:45

  Fillərin ölümünün qarşısını almaq üçün yeni ÜSUL

Hindistanda səlahiyyətlilər fillərin qatar altında qalaraq ölməsinin qarşısını almaq üçün yeni üsula keçid edib.

Arasdırma.info xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, sözügedən yeni üsulda süni intellektdən istifadə olunub.

Belə ki, meşə mühafizəsi qrupları dəmir yolu xətti boyunca termal kameraları olan 12 müşahidə qülləsi quraşdırıblar.

Bu şəkildə səlahiyyətlilər, relslərin yaxınlığında fillər aşkar edildikdə, qatarların sürətini azaltmaq və filləri çıxarmaq kimi ehtiyat tədbirləri görə bilirlər.

Komandanın rəhbəri Aşiş Rajput bildirib ki, kameralar hətta dəmiryol xətlərinin yaxınlığında insanları aşkar etmək üçün də yararlı ola bilər.

Rajput qeyd edib ki, artıq yeni üsulla dəmir yolu xətlərinə yaxınlaşan təxminən 400 fil relslərdən çıxarılıb və baş verə biləcək qəzaların qarşısı alınıb.//demokrat

Paylaş
Xəbər lentİ