Valideynləri 10 yaşlı uşaqdan "cini qovmağa" çalışdılar - VİDEO

Oxunma sayı: 384
3-11-2020, 18:27

Valideynləri 10 yaşlı uşaqdan "cini qovmağa" çalışdılar - VİDEO
10 yaşlı uşağın əlini arxaya buraraq üstündə oturublar, üzərinə sarımsaq çəkiblər, müqəddəs su püskürdüblər və ikonaya tərəf sürüyüblər.

1TV-nin məlumatına görə, qorxunc kadrlar Rusiyanın Volqoqrad şəhərindəndir.
Videodan görünür ki, nə uşağın müqaviməti, nə də qışqırıb ağlaması ata-ananı əməllərindən saxlayır.

Valideynlərin sözlərinə görə, son vaxtlar uşaq tez-tez aqressiv hərəkətlər sərgiləyib. Buna görə də "cin çıxarma mərasimi" keçirməyə qərar veriblər. Nəticə əldə edə bilmədikdə isə cinləri oğlundan qovmağa kömək istəyilə özləri bu videonu yerli mediaya göndəriblər.

Hadisə qəyyumluq orqanlarının diqqətini çəkib, onlar yoxlamalara başlayıblar.

[media=https://daytube.az/videos/98212/]

Paylaş
Xəbər lentİ