Ölü balinanın qarnını yaran balıqçılar milyonçu oldu

Oxunma sayı: 347
4-06-2021, 23:45

Ölü balinanın qarnını yaran balıqçılar milyonçu oldu
Yəməndə 35 balıqçının həyatı inanılmaz tapıntı ilə dəyişib.


Onlar dənizdə suyun üzünə çıxan tələf olmuş iri balina ilə üzləşiblər.

Arasdırma.info xəbər verir ki, balıqçılar balinada nadir ənbər maddəsinin olacağını güman edərək onu sahilə daşıyıblar. Kasıb balıqçılar gümanlarında yanılmayıblar. Balinanı yaran balıqçılar kusmuğu çıxarıblar.

Onun dəyərinin 1,5 milyon dollardan çox olduğu məlum olub. Qeyd edək ki, ənbər olaraq bilinən maddə bahalı ətirlərin hazırlanmasında istifadə olunur.(metbuat.az)

Paylaş
Xəbər lentİ