Azərbaycanda yeni televiziya kanalı yaradıldı

Oxunma sayı: 295
27-01-2022, 21:41

Azərbaycanda yeni televiziya kanalı yaradıldı
Azərbaycanda gələn ay yeni televiziya kanalı peykdən yayıma başlayacaq.

Arasdırma.info xəbər verir ki, bölgə kanalı olan “ARB - Şəki” bundan sonra “Kanal S” kimi peyk vasitəsilə dünyada yayımlanacaq.

Qeyd edək ki, inzibati binası Şəkidə yerləşən “ARB- Şəki” əvvəllər “Region TV”nin nəzdində “Kanal S“ kimi fəliyyət göstərib.

Yeni kanala hazırda “ARB” kanalının icraçı direktoru olan Rəşad Məmmədovun rəhbərlik edəcəyi deyilir.

Paylaş
Xəbər lentİ