Xalq artisti özündən 40 yaş kiçik müğənni ilə sevgidən oxudu

Oxunma sayı: 2 261
20-06-2020, 05:57

Xalq artisti özündən 40 yaş kiçik müğənni ilə sevgidən oxudu
Xalq artisti Flora Kərimova müğənni Cavanşir Babəlioğlu ilə duet oxuyub.

Arasdırma.info xəbər verir ki, sözləri Sevda Abdurahmanlıya, musiqisi və səs rejissorluğu Hidayət Kərimova məxsus mahnı "Belə olurmuş" adlanır.

79 yaşlı canlı əfsanənin özündən 40 yaş kiçik müğənni ilə sevgidən oxuması maraqla qarşılanıb.

Qeyd edək ki, bu, onların ilk dueti deyil. Flora xanım bundan əvvəl Cavanşirlə "Tale" adlı mahnını duet ifa edib.

Duet artıq dinləyicilərin ixtiyarına verilib.

Paylaş
Xəbər lentİ