Speys TV-yə yeni rəhbər təyin olundu

Oxunma sayı: 345
5-05-2021, 16:25

Speys TV-yə yeni rəhbər təyin olundu
"Speys" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Arasdırma.info Report-a istinadən xəbər verir ki, bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb.

Qeyd edək ki, Ü.Mikayılova 1959-cu ildə anadan olub.

O, ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Xatırladaq ki, 2006-2021-ci illərdə "Speys"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılmışdı.

Paylaş
Xəbər lentİ