Rövşən Məmmədov əməkdar jurnalisti vəzifəsindən azad etdi - FOTO

Oxunma sayı: 366
3-07-2021, 23:54

Rövşən Məmmədov əməkdar jurnalisti vəzifəsindən azad etdi - FOTO
Azərbaycan Dövlət Televiziyasının (AZTV) xəbərlər xidmətinin redaktoru vəzifəsindən azad olunub.

Manset.az-ın əldə etdiyi məlumata görə, AZTV-nin sədri Rövşən Məmmədovun əmri ilə xəbərlər xidmətinin redaktoru, əməkdar jurnalist Faiq Sadıqov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Faiq Sadıqov ölkədə tanınan jurnalistlərdəndir. O müxtəlif qəzetlərdə fəaliyyət göstərmiş, daha sonra uzun illər AZTV-də çalışmışdır.

Paylaş
Xəbər lentİ