Tanınmış bəstəkar,şairə "Qızıl Qələm"ə layiq görüldü.

Oxunma sayı: 365
16-10-2021, 21:34

Tanınmış bəstəkar,şairə "Qızıl Qələm"ə layiq görüldü.
Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı tərəfindən tanınmış bəstəkar,şairə Sevinc Mansurova "Qızıl qələm"ali media mükafatına layiq görülüb.
Xatırladırıq ki,bəstəkar- şairə, kulturoloq, fortopiano müəllimi, Mansurova Sevinc Akif qızı, 1971 - ci ildə Yevlax şəhərində ziyalı ailəsində anadan olub.Müxtəlif musiqi bəstələrilə xalqın arasında rəğbət qazanıb.Onun mahnıları dillər əzbəridir.

Arasdırma.info xəbər verir ki,Sevinc Mansurova sözləri və musiqisi özünə aid olan Şəhidlər əsərini hələ tələbəlik illərində yazmışdır.Bundan sonra o, "Gəlmədin", "Ana," "Balam", "Sənsən", "Sənin olmaq istəyirəm", "Şəhid yarım", "Gənclikdən mənə nə qaldı?" və s. mahnıların musiqisini bəstələyib.

Əməkdar artist Mətanət xanımla daha çox iş birliyi edən Sevinc Mansurovanın "Ali baş Komandanım"adlı bəstəsi dəfələrlə televiziya kanallarında səslənib. Əsgər oğlullar, Türk- Azərbaycan dostluğuna həsr edilən mahnısı, "Ana", "Üsyan", "Səndən sonra", "Gözlərim ağladı", "Elə belə baxma", "Qurbanam beləsinə", "Baxışlar", "Qardaş", "Dost " və s. bəstələri xalqımız tərəfindən çox sevilib.
Sevinc Mansurovanın əməkdar artist Fərqanə Qasımovanın ifasında "TANRIM," əməkdar artist Zakir Əliyevin ifasında "QƏLƏBƏMİZ MÜBARƏK", "Darıxıram", Xalq artistimiz Nazpəri Dostəliyevanın ifasında "Üzüklər", əməkdar artist Nüşabə Məmədovanın ifasında" Son Zəng ", sevilən mügənni Nazənin ifasında "Ay Ürəyim", "Unutdum" və bir çox məşhurların ifasında çox mahnıları səslənib.
Şairə bəstəkar Sevinc Mansurova "ilin bəstəkar şairəsi" və " Azərbaycanın fəxri" media mükafatlarına layiq görülmüşdür.
Ötən gün Sevinc Mansurova daha bir mükafata layiq görülüb.
Vətənpərvərlik mövzusunda yazdığı şeir və mahnılarına,eləcə də Prezident İlham Əliyevə həsr olunmuş"Ali Baş Komandanım"mahnısına görə Azər KİVİHİ-nin "Ali Baş Komandan" mükafatına layiq görülüb.
Bəstəkar və şairə Sevinc Mansurovaya sənət yolunda bol-bol uğurlar arzulayırıq.
Tanınmış bəstəkar,şairə "Qızıl Qələm"ə layiq görüldü.
Tanınmış bəstəkar,şairə "Qızıl Qələm"ə layiq görüldü.

Paylaş
Xəbər lentİ