Xalq artisti Canəli Əkbərov vəfat etdi.

Oxunma sayı: 93
21-10-2021, 14:59

Xalq artisti Canəli Əkbərov vəfat etdi.
Xalq artisti Canəli Əkbərov bu gün vəfat edib.

Arasdırma.info bildirir ki, bu barədə APA-ya onun oğlu Sabir Əkbərov məlumat verib.

Qeyd edək ki, xanəndə iki gün əvvəl beyin insultu keçirmişdi. Bir neçə gün öncə yenidən vəziyyəti pisləşmişdi.

Canəli Əkbərov 1940-cı ildə Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub.

Musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir. 1965 ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

Paylaş
Xəbər lentİ