“Caliber”in Qaragöl, sülhməramlılar, Peqov və Artsrun barədə yeni buraxılışı yayımlanıb - VİDEO

Oxunma sayı: 259
13-11-2021, 09:11

“Caliber”in Qaragöl, sülhməramlılar, Peqov və Artsrun barədə yeni buraxılışı yayımlanıb - VİDEO
"Caliber” layihəsinin "YouTube” kanalında yeni süjet yayımlanıb.

Videomaterialda bir daha erməni hərbçilərinin Qaragöl ətrafındakı uğursuz hərbi manevrləri məsələsinə qayıdaraq, bu barədə Ermənistanın rəsmi və qeyri-rəsmi resursları, habelə onların havadarları tərəfindən yayılan yalan məlumatlar ifşa olunub.

Süjetdə erməni tərəfinin Azərbaycan hərbçilərinin mühasirəyə düşməsi ilə bağlı iddiaları maddi sübutlarla, o cümlədən də xəritələrlə təkzib edilib.

"Azərbaycanlı hərbçilər göstərilən mövqedə heç bir halda mühasirəyə düşə bilməzdilər. Bununla yanaşı, ərazidəki postlarımızın strukturu bizi tamamilə qane edir. Bu postlar altı ay əvvəl qurulub və sərhədçilərimizin hər hansı bir yerdəyişməyə ehtiyacı yoxdur”, - deyə videomaterialda bildirilir.

Daha ətraflı "Caliber”in yeni süjetində:

Paylaş
Xəbər lentİ