Əli Həsənov villasında çalışdırdığı türkiyəli ustaya 1 900 manat pulu ödəməyib - FOTO

Oxunma sayı: 232
30-11-2021, 08:27

Əli Həsənov villasında çalışdırdığı türkiyəli ustaya 1 900 manat pulu ödəməyib - FOTO
Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla bağlı şikayətlər səngimək bilmir.

Arasdırma.info Sfera.az saytına istinadən xəbər verir ki, bu dəfə türkiyəli vətəndaşlardan biri Həsənovun "fəaliyyəti”ndən söz açıb.

Kadir Tekin adlı şəxs Əli Həsənovun Əhmədlidə yerləşən villasında çalışdığını, ancaq əməyinin qarşılığını ala bilmədiyini vurğulayıb:

"Həsənov 1900 manatımı vermədi, inkar etdi. Mən haqqımı almaq üçün yanına gedən zaman isə mühafizəçi 4 iti üstümə saldı. "Bir daha bura gəlmə, yoxsa özünü həbsxanada taparsan”, - deyə xəbərdarlıq etdilər”.
Əli Həsənov villasında çalışdırdığı türkiyəli ustaya 1 900 manat pulu ödəməyib - FOTO

Paylaş
Xəbər lentİ