Çingiz Abdullayev: "Cənnətdə ancaq mollalar olmalıdır" - VİDEO

Oxunma sayı: 257
22-12-2021, 21:36

Çingiz Abdullayev: "Cənnətdə ancaq mollalar olmalıdır" - VİDEO
"Cənnət və cəhənnəm fikrim geniş rezonans yaratdı amma mən onu zarafata demişdim. Zarafatın içində də ciddi fikir var. Insan axı özü seçmir hara düşəcəyini. Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar... Ağıllı kişilər də hamısı ora düşməlidir. Ona görə də bu baxımdan cənnətdə ancaq mollalar olmalıdır".

Metbuat.az xəbər verir ki, bunu Çingiz Abdullayev MTV Azərbaycan kanalında “Üzə-düz” verilişində deyib. Xalq yazıçısı bir müddət bunda öncə cənnət və cəhənnəm fikirləri ilə bağlı ictimaiyyətdə yaranan geniş rezonansdan danışıb:
ƏTRAFLI
Snickers
"Cənnət və cəhənnəm fikrim geniş rezonans yaratdı amma mən onu zarafata demişdim. Zarafatın içində də ciddi fikir var. Insan axı özü seçmir hara düşəcəyini. Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar... Ağıllı kişilər də hamısı ora düşməlidir. Ona görə də bu baxımdan cənnətdə ancaq mollalar olmalıdır. O biri dünyada şansım olsa idi, atam-anam ilə görüşüb, danışmaq istərdim. Ancaq yuxularımda görürəm. Mən atama onu sevdiyimi demirdim. Atamla aramda pərdə də yox idi, biz dost idik, mən onun böyük oğlu idim. Indi imkanım olsa idi, atama deyərdim, onu necə sevirəm. Siz də hər gün evə gələndə atanızı çox sevdiyinizi mütləq deyin, sonra gecikə bilərsiniz. Ömür boyu onun peşmançılığını yaşaya bilərsiniz. Həyatımda iki günü təqvimdən silərdim, atam və anamı itirdiyim günləri. Bunu da deyəndə bəziləri deyir ki, axı mənim anam vəfat edəndə 87 yaşı var idi, sən istəyirdin ki, 200 il yaşasın? Bəli, istəyərdim. Anaların ömrü olmur! Cənnət anaların ayaqları altındadır!"
Aparcının "Ölümdən qorxursunuz?" sualına yazıçı belə cavab verib:

"Ölümlə hələ görüşməmişəm, ona görə də deyə bilmərəm. Amma görünür qorxuram, ona görə ki, təyyarədə uçmağı sevmirəm. Bir dəfə təyyarəmiz yanıb, bir dəfə Afrikada çevrilib, bir dəfə yerdə toqquşub. Məndən soruşanda deyirlər, mən buna necə dözürəm? Ildə 40-45 dəfə səfər edirəm təyyarə ilə. Yaxşı bir səbəb tapmışam ki, getməyəndə deyirəm ki, qorxuram. Amma bir tərəfdən də necə qorxuram ki, hər həftə uçuram harasa. Ümumiyyətlə, mən heç vaxt içki qəbul etmirəm. Idmançı olmuşam, sağlam həyat tərzi sürmüşəm. Təyyarəyə oturandan sonra 100 qram içib rahatlaşırsan. 200 qram içəndə lap yaxşı olur amma 300 qram içdikdə sən təyyarədə yox, onun yanında uçursan. Ölüm elədir ki, başa düşürsən ki, hər şey bitir. Mənim qızım mənə deyir ki, yaxşı ölüm 100 yaşında qohumların arasında hardasa bağda oturub gülə-gülə və belə də gedəsən!"

O, bir müddət əvvəl dediyi “Niyə kişilər xəyanət etsə də, onları bağışlamaq olar” fikrinə belə aydınlıq gətirib:
“Quranda da yazılıb ki, hər bir kişi 4 dəfə evlənə, 400 qadın da saxlaya bilər. Mən saxlamıram. 35 ildə bir dəfə evlənmişəm, bununla da bitib. Qadına dörd ər saxlamağa icazə verilmir, kişilərə isə icazə verilir. Pis, ya yaxşı, tarixdə bu belə olub. Xəyanət pis sözdür. Kişiləri ona görə bağışlamaq olur ki, onlar qadınları, qızları sevirlər. Onları qəbul etmək lazımdır, bağışlamaq olar, nə edək, indi bu belədir də...”.

Paylaş
Xəbər lentİ