9 ayda hansı mühüm obyektlər istifadəyə verilib? (SİYAHI)

Oxunma sayı: 81
15-10-2023, 20:44

9 ayda hansı mühüm obyektlər istifadəyə verilib? (SİYAHI)
Cari ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında Naxçıvan Bərpa-istehsalat hərbi kompleksi, Bakı şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binaları, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, “Şimal” Kiçik Su Elektrik Stansiyası, dərman istehsalı zavodu, Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən Valyuta.az-a bildirilib ki, həmin dövrdə Cəbrayıl rayonunda “Cəbrayıl” qovşaq elektrik yarımstansiyası, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzi, Cəlilabad rayonunda Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Füzuli rayonunda Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Füzuli-Hadrut avtomobil yolu, Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi, Xocavənd rayonunda Rəqəmsal İdarəetmə Mərkəzi, “Hadrut” qovşaq yarımstansiyası, Şükürbəyli Cəbrayıl-Hadrut avtomobil yolu, Kəlbəcər rayonunda hərbi hospital, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası, Laçın rayonunda “Qorçu” yarımstansiyası, “Laçın” şəhər yarımstansiyası, “Həkəri Balıq Təsərrüfatı”, Laçın rayonunun sənaye zonasında mebel fabriki, “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları, Qazax rayonunda mebel fabriki, Neftçala rayonunda Neftçala Olimpiya İdman Kompleksi, Salyan rayonunda “ASAN xidmət” Mərkəzi, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzi, Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu, Şuşa rayonunda Zarıslıçay nasos stansiyası, Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi, Şuşa Otel-Konqres Mərkəzi Kompleksi, Şuşa Yaradıcılıq Mərkəzi, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Milli Xalça Muzeyinin Şuşa filialı, Mehmandarovların malikanə kompleksi, Zəngilan rayonunda “Cahangirbəyli” Su Elektrik Stansiyası, Zəngilan Konqres Mərkəzi Kompleksi və digər mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Paylaş
Xəbər lentİ