Ramzan Kadırov Zabit Səmədov və Burak Özçivitə ziyafət verdi - VİDEO

Oxunma sayı: 378
8-02-2021, 18:37

Ramzan Kadırov Zabit Səmədov və Burak Özçivitə ziyafət verdi - VİDEO
Çeçenistanın lideri Ramzan Kadırov azərbaycanlı idmançı Zabit Səmədov və Türkiyənin məşhur aktyoru Burak Özçivitlə bir araya gəlib.

Arasdırma.info xəbər verir ki, Kadirov idmançı və aktyor üçün böyük məclis təşkil edib. Z.Səmədov Qroznı şəhərində baş tutan görüşdən videonu sosial şəbəkə hesabında yayımlayıb.

Gecədə Zabit və Burakın rol aldığı "Kurtuluş Osman" serialının yaradıcı heyəti də yer alıb.

Qeyd edək ki, Z. Səmədov Türkiyənin ATV kanalında yayımlanan sözügedən serialda çəkilir. O, ekran işində Gəncəbəy obrazını canlandırır./Axşam.az

Paylaş
Xəbər lentİ