Bu gündən “WhatsApp”ın yeni şərtləri qüvvəyə minib - Bloklanmağa başlanılacaq

Oxunma sayı: 315
16-05-2021, 04:18

Bu gündən “WhatsApp”ın yeni şərtləri qüvvəyə minib - Bloklanmağa başlanılacaq
“WhatsApp”ın yenilənən gizlilik müqaviləsinin müddəti mayın 15-də başa çatır.

Arasdırma.info xəbər verir ki, dəqiq tarix göstərilməsə də bir neçə həftədən sonra yeni şərtlərdən imtina edənlərin zəngləri və mesajları bloklanmağa başlanılacaq.

Zamanla qaydaları qəbul etməyənlər yavaş-yavaş mesajlaşma çatlarını görə bilməyəcəklər. Amma səsli və video zəng qəbul edə biləcəklər.

Bu mərhələdə də sazişi imzalamayanlar, növbəti mərhələdə artıq bunları və heç bir bildirişi qəbul edə bilməyəcək.

Paylaş
Xəbər lentİ