Dərman bazarının liderləri ucuz dərmanları bazardan çıxardırlar -

Oxunma sayı: 506
25-07-2019, 21:57

Dərman bazarının liderləri ucuz dərmanları bazardan çıxardırlar -
Son günlərdə əldə etdiyimiz xəbərin təsdiqini sosial şəbəkəlrdə rast gəldik.
Arasdırma.info Teref.aza istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin qərari ilə 800 adda dərman satışdan çıxardılır. Bunlar analgin ,menovazin ,biseptol.....və sairələridir. Teref.az - a danışan məlumatlı mənbənin dediyinə görə satışdan çıxardılan dərmanlar əslində ucuz dərmanlardırlar. Əslində satışa icazə verilmiş firma analoqları onlardan 10- 15 dəfə bahadırlar.Bundan başqa Əməkdaşımız Sumqayıt apteklərində sorğu aparıb.Satıcıların dediyinə görə xeyli ucuz və keyfiyyətli dərmanlar yoxa çıxıb.Müştərilər soruşur,amma dərman bazalarında yoxdur.
Məlumatlı mənbənin dediyinə görə dərman firmalarının lobbiçilərinin istəyi həyata keçir. Bu işdə Azəırbaycanda dərman bazarında söz sahibi olan "AVROMED" şirkətinin xüsusi rolu var. Başda dərman bazarının lideri "AVROMED" olmqla dərman bazarının söz sahiblər öz firma dərmanlarının bazarını genişləndirmək üçün bu gün bahalı dərmanların analoqu olan və illərin sınağından çıxmış bahalı dərmanların ucuz analoqlarını qanunla bazardan çıxardırlar. Bu da kasıb təbəqənin vəziyyətini dahada ağırlaşdırır.
Deyilənə görə Cavanşır Feyziyev "AVROMED" şirkətinin rəhbərliyindən çəkilib.
Lakin qeyd etmək istəyirik ki, mediada gedən xəbərlərə görə "AVROMED" dərman firmasının sahibi millət vəkili Cavanşır Feyziyevdir və o bu şirkəti yenə yönləndirir.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az

Paylaş
Xəbər lentİ