Qadınlarda cinsi istəksizlik nədir?18+

Oxunma sayı: 333
6-11-2021, 05:14

Qadınlarda cinsi istəksizlik nədir?18+
Cinsi istək, adamın qarşı cinslə əlaqəyə girmə arzusu olaraq bilinir və ola biləcək cazibə cinsi partnyora yönəlir.
Həmçinin cinsi əlaqə ilə bağlı yuxular və ya fantaziyalar qurma, cinsi fəaliyyətlə əlaqədar arzuların fərqində olunmasını da əhatə edir.
Fantaziyalar qurma, görmə, iyləmə, eşitmə, toxunma, dadma, düşüncə və duyğular cinsi istəyi əmələ gətirir.
Doyumlu cinsi əlaqə üçün əvvəlcə adamın öz içində bir istək duyması, istəyin bir partnyora yönəlməsi lazımdır.

Cinsi istəksizlik nədir?
"3 illik evliyəm. Doğumdan sonrakı zahılıq və əmizdirmə dövrlərində 6 ay yoldaşımla sevişmədik. İndi sevişərkən heç bir duyğu hiss etmirəm, canım belə istəmir. Yalnız yoldaşıma qarşı vəzifəmi etdiyim seksi də artıq istəmirəm. Buz kimi oluram. Halbuki o həzzi yaşamağı nə qədər çox istəyərdim. Sevişərkən fikrim həmişə dağılır. Özümü verə bilmirəm..."
Cinsi əlaqəyə dair düşüncələrin, xəyalların olmaması, ya da çox az olması, cinsi əlaqəyə girməmə və ya az girmə yoldaşının cinsi əlaqəyə cəhdlərinə cavab verməmə bunlar cinsi istəksizliyin əsas əlamətləridir.
Doyumlu cinsi əlaqə üçün əvvəlcə adamın öz içində bir istək duyması, istəyin bir partnyora yönəlməsi lazımdır.
Cinsi problemlər evlilik problemlərinə, evlilik problemləri də cinsi problemlərə yol aça bilir.
Bu səbəblə də cinsi istəksizliyi ər - arvad arasında pozulmuş əlaqənin bir səbəbi olaraq görmək lazımdır.
Bu cür hadisələrdə cütlərdən yalnız birini müalicəyə cəlb etmək doğru bir yanaşma olmur, cütü birlikdə müalicə etmək lazımdır.
Bundan başqa cütlər arasında səhv anlamalara və ciddi qarşıdurmalara gətirib çıxaran ən əhəmiyyətli faktorlardan biri onların cinsi istək səviyyələrinin diqqətə çarpan dərəcədə fərqli olmasıdır.
Yaşlanma və menopauz, cinsi əlaqədən uzun müddət uzaq qalmaq, istifadə edilən bəzi dərmanlar, alkoqol, böyrək, qaraciyər və ürək çatmazlığı, şəkər xəstəliyi və yüksək təzyiq kimi xroniki xəstəliklər, əməliyyatla rəhmin alınması, hormonal balanssızlıqlar, doğumdan sonrakı zahılıq və əmizdirmə dövrlər, rəhm ağızı infeksiyalar, vaginal göbələk, trixomonoz kimi infeksiyalar, yaşa bağlı hormonal çatışmazlıqdan qaynaqlanan quruluq, əməliyyat sonrası meydana gəlmiş yapışıqlıqlar kimi cinsi həyata təsir edən narahatlıqlar, əlaqədə ağrı hiss etmə kimi fiziki faktorlar, həddindən artıq stress, cütlər arasındakı anlaşılmazlıq və qarşıdurmalar, evliliklə əlaqədar problemlər, bezginlik, cinsi zədələr, təcavüz, ailədə birinin ölümü, uşaq doğumu, daşınma kimi əhəmiyyətli həyat hadisələri, əlaqəyə lazımlı diqqətin göstərilməməsi, cinsi əlaqə ilə bağlı mənfi xatirələrin olması və digər cinsi problemlərlə psixoloji faktorlar cinsi istəksizliyə yol aça bilir.
Səbəbləri ümumiləşdirsək, bir qisimini kişilərin səbəb olduğu, bir qisimini qadınların özlərindən gələn və bir qisimini də ətraf ilə əlaqədar səbəblər olaraq görmək lazımdır.

Müalicə cütlər arasında bir uyğunlaşma yaradılması və aralarındakı pozulan ünsiyyətin yenidən təşkil edilməsiylə başlayır. Cinsi həyatda qısa ayrılıqlardan sonra bir araya gəlmə, təhsil məqsədli erotik videolar seyr etmə, paltar dəyişikliyi, rəftarlardakı bir dəyişiklik, məkan dəyişikliyi kimi kiçik dəyişikliklər və fantaziyalar qurulması cinsi həyata yeniliklərin qazandırılması yolunda müalicəyə dəstək olur.

Paylaş
Xəbər lentİ