QADINA İKİ FƏRQLİ PEYVƏND VURULUB – Səhiyyə İdarəsi əl-ayağa düşdü...

Oxunma sayı: 296
9-11-2021, 21:15

QADINA İKİ FƏRQLİ PEYVƏND VURULUB – Səhiyyə İdarəsi əl-ayağa düşdü...
Rusiyada qadına koronavirusa qarşı iki fərqli peyvənd vurulub.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, sözügedən Sevastopol şəhər sakini əvvəlcə 1-ci doza üçün Çin istehsalı olan “CoviVac” peyvəndi vurdurub.

İkinci dozanı vurdurmaq məqsədilə şəhərin mərkəzi meydanında yerləşən səyyar peyvənd məntəqəsinə müraciət edib. “CoviVac” peyvəndinin tapılmaması səbəbindən 2-ci doza əvəzinə həkim qadına “Sputnik V” komponentini təyin edir və arayışda da rəsmi olaraq bu məhlulu təsdiq edir.


Nəticədə rusiyalı qadın fərqli iki peyvənd vurdurmalı olur.

Bu hadisə vilayət mətbuatında ildırım sürəti ilə yayılır və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur.

Nəhayət, iş bu yerə çatanda Sevastopol rəhbərliyi hadisəyə dərhal reaksiya verib.

Həkim məsuliyyətsizliyi maraqlı bir izahatla belə şərh edilib:

“Həmin gün stansiyada yaşlı həkim işləyirdi, ola bilsin yaşlı olmasından qarışıqlıq yaranıb. Digər tərəfdən, peyvənd dərmanlar qrupuna aid deyil və kimyəvi elementləri ehtiva etmir”.

Buna baxmayaraq, ehtiyat tədbiri olaraq həmin gün şəhər Səhiyyə İdarəsi xəstəni nəzarətə götürür. Əməkdaşlar onunla təmas quraraq mütəmadi səhhətində hər hansı bir dəyişikliyin olub-olmamasını yoxlayırlar. İki müxtəlif peyvənd alan qadın isə nə səhhətindən, nə də həkimlərdən şikayətçidir.

Paylaş
Xəbər lentİ