Bəzən adi qol ağrıları insanları narahat edir.Bu ağrıların nədən olduğunu isə dəqiqləşdirməık mütləqdir.Hərdən ürək damar problemləri də ağrını sol qola verə bilir.
Bu barədətanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini sizə çatdırırıq:
Yuxarı ətrafda gedən müxtəlif patoloji proseslər ağrı ilə müşayiət olunur. Qol ağrısı sızıltılı, deşici və yaxud yandırıcı xarakter daşıyır. Bəzi insanlarda ağrı yüngül, digərlərində isə dözülməz və üzücü formada olur. Ağrının xarakteri kimi yaranma səbəbi də müxtəlifdir. Qol ağrısı travmatik, nevrogen, degenerativ-distrofik, iltihab mənşəli ola bilər.Ağrı ilə yanaşı adətən aktiv hərəkətlərin məhdudlaşması, ətrafın şişkinliyi, yerli iltihab əlamətləri müşahidə edilir. Stenokardiya, infarkt, mədə xorası və öd daşı xəstəliyində qol ağrısı ikincili formada olur. Yəni sinə və mədə nahiyəsində yaranan əsas ağrı qola yayılır. Etiologiya və xarakterdən savayı qol ağrısı lokalizasiyasına görə də ayırd edilir. Bu əlamət, fiziki müayinədən sonra ilkin diaqnozun qoyulmasına xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əl barmaqlarının kiçik oynaqları əsasən revmatoid artrit zamanı zədələnir. İri oynaqların (bazu, dirsək) ağrısı əksərən artrit, osteoartroz və ya oynaqətrafı yumşaq toxumaların xəstəliklərinə işarə edir. Çiyin və körpücük sümükləri isə sınmağa meylli olur. Ağrı ilə qarşılaşdıqda ona laqeyd yanaşıb, öz-özünə keçəcəyini düşünməyin. Həmçinin xalq təbabəti vasitələri, kompress və ağrıkəsici preparatlarla özbaşına bu narahatlığı aradan qaldırmağa çalışmayın. Unutmayın, yalnız təcrübəli mütəxəssis (travmatoloq, revmatoloq, nevroloq) qolda əmələ gələn ağrının səbəbini aşkar edib, düzgün müalicə aparır.
Sol qol ağrıları əsasən infarkt riskiilə əlaqəli ola bilər. Sol qol ağrısı şiddətlənərsə mütəxəssisə müraciət etmək tövsiyə edilir. Buzla kompres etmək ağrıları azalda bilər. Buz ağrıya səbəb olarsa dərhal dayandırılmalıdır.
Qol ağrısı ilə yanaşı əl biləklərinin də ağrıması mümkündür. Qol və bilək ağrısı yaşayanlar, etdikləri hərəkətlərdən qaçınmalı, tez-tez ara verməlidirlər. Uzunmüddət edilən bəzi hərəkətlər qol ağrılarının daha da artmasına səbəb olur.
Ağrıyan qolu çox istifadə etməyin. Bu vəziyyətdə olan qoldan az istifadə etmək tövsiyə olunur.
Ağrıyan qolun ürək səviyyəsinin yuxarısında tutulması qan axışını sürətləndirir. Sürətlənən bu qan axışı qolun şişməsinə və ağrının azalmasına kömək edir.
Sonda Nərminə həkim qeyd etdi ki, bu ağrılara laqeyd yanaşıb,öz-özünə keçəcəyinə inanmayın. Bu ağrılar varsa həkimə müraciət etmək lazımdır.Müxtəlif üsullarla və müayinə edilərək müalicəsini aparmaq lazımdır.
Mayomed Fizioterapiya və Reabilitasiya Mərkəzi.
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70