Koronavirus hələ də can almaqdadır,bu rekord həddir.

Oxunma sayı: 346
6-11-2020, 14:35

Koronavirus hələ də can almaqdadır,bu rekord həddir.
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1465 yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 62 min 338 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 47 min 270 nəfər müalicə olunaraq sağalıb, 811 nəfər vəfat edib. Aktiv xəstə sayı 14257 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 417 min 368 test aparılıb. Bugünkü test sayı isə 12825-dir.
Koronavirus hələ də can almaqdadır,bu rekord həddir.

Paylaş
Xəbər lentİ