Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı AÇIQLANDI - FOTO

Oxunma sayı: 339
29-04-2021, 14:48

Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı AÇIQLANDI - FOTO
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1392 yeni yoluxma faktı qeydə alınıb, 2274 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 317 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 298 nəfər müalicə olunaraq sağalıb, 4 490 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 26 125 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756, bu günə qədər isə ümumilikdə 3 229 867 test icra olunub.

Qeyd edək ki, ötən sutka ərzində 32 nəfər koronavirusdan vəfat etmişdi.

Paylaş
Xəbər lentİ