Dəmir çatışmazlığı zamanı necə qidalanmalı?

Oxunma sayı: 320
26-05-2021, 23:38

Dəmir çatışmazlığı zamanı necə qidalanmalı?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Keyfiyyətə nəzarət departamentinin mütəxəssisi Gülnarə Quluzadə dəmir çatışmazlığı zamanı qidalanmanın rolu haqqında məqalə hazırlayıb.


"Dəmir (Fe) orqanizm üçün olduqca əhəmiyyətli mikroelementdir. Bu elementin çatışmazlığının əsas səbəbi düzgün qidalanmamaq və dəmirin qida ilə orqanizmə daxil olmasının pozulmasıdır. Dəmirin çatışmazlığı və ya orqanizm tərəfindən mənimsənilməsinin pozulması dəmir defisitli anemiyanın yaranmasına səbəb olur. Bu, tez yorulma və süstlük, əmək qabiliyyətində zəiflik, başgicəllənmə, dəri örtüyünün solğunluğu, quruluğu, saçların tökülməsi, əl və ayaqlarda keyləşmə və digər əlamətlərlə müşahidə olunur. Qeyd edək ki, dəmir defisitli anemiyadan qadınlar, uşaqlar və yeniyetmələr daha çox əziyyət çəkirlər. Ana südü əvəzinə lazımi miqdarda dəmir ehtiva etməyən uşaq yeməkləri ilə qidalanma, 1 yaşından əvvəl inək südünün verilməsi və heyvani qidaların kifayət qədər qəbul edilməməsi uşaqlarda dəmir çatışmazlığına yol açan səbəblərdəndir. Yetkinlərdə isə dəmir çatışmazlığı kolbasa və sosiska kimi bir neçə dəfə emal prosesindən keçmiş qidaların, həddindən artıq çay və qəhvənin istehlakı və digər hallarda meydana çıxır. Belə ki, qara çay, kofe, kakao və bir sıra bitki çaylarının tərkibindəki polifenol birləşmələr dəmirin orqanizmdə mənimsənilməsini azaldır. Ona görə də çay və ya qəhvəni yeməkdən bir qədər sonra içmək tövsiyə olunur.

Dəmir çatışmazlığının aradan qaldırılması üçün düzgün və balanslı qidalanma mühüm rol oynayır. Belə ki, qida rasionunda tərkibi dəmirlə zəngin olan məhsullara üstünlük verilməlidir. Həmçinin gündəlik qida rasionunda çeşidliliyin qorunması, xüsusilə də fol turşusu, B12, Sink, A vitamini və digər vacib elementlərin fərqli qida məhsullarından qəbul edilməsi tövsiyə olunur. Araşdırmalara görə, dəmirə gündəlik tələbat yaşa, fizioloji vəziyyətə, inkişaf sürətinə, orqanizmin quruluşuna və həyat fəaliyyətinə görə dəyişir. Gün ərzində dəmirə olan tələbat norması aşağıdakı cədvəldə verilib://publika

Paylaş
Xəbər lentİ