Azərbaycanda “delta” ştammı qeydə alınıb? - TƏBİB açıqladı

Oxunma sayı: 309
24-06-2021, 20:34

Azərbaycanda “delta” ştammı qeydə alınıb? - TƏBİB açıqladı
Son günlər bir çox ölkədə Hindistanda meydana gələn COVID-19 virusunun "delta" ştammı sürətlə yayılır. Belə ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda son sutka ərzində qeydə alınan koronavirusa yoluxma hallarının 56 faizi "delta" ştammının payına düşür. Ötən gün isə qonşu Türkiyədə 134 nəfərdə yeni ştamma yoluxma faktı qeydə alınıb. Həmçinin Gürcüstanda da 20 nəfər sözügedən ştamma yoluxub.

"Delta" ştammının qonşu ölkələrdə sürətlə yayıldığını nəzərə alaraq Azərbaycanda aşkarlanıb-aşkarlanmadığı ilə maraqlandıq. TƏBİB-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, virusun müxtəlif ştammlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır.

"Bu günə kimi Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb. Bununla bağlı məlumat olduqda ictimaiyyətlə bölüşüləcək. Bununla belə epidemioloji vəziyyət nəzərə alınaraq müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur".

Paylaş
Xəbər lentİ