Ali Məhkəmə “Nida” üzvləri ilə bağlı qərar verdi

Oxunma sayı: 217
21-11-2021, 02:33

Ali Məhkəmə “Nida” üzvləri ilə bağlı qərar verdi
Ali Məhkəmə “Nida” Vətəndaş Hərəkatının keçmiş 4 üzvünə bəraət verib.
Arasdırma.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, məsələyə Ali Məhkəmənin Plenumunda Avropa Məhkəməsinin qərarı ilə baxılıb. Bəraət verilən şəxslər tanınmış fəallar Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlidir.
İlkin məlumata görə, onlara 188 min təzminat ödəniləcək.
Qeyd edək ki, NİDA Vətəndaş Hərəkatının keçmiş üzvləri 2013-cü ilin martında kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama kimi ittihamlarla həbs olunub, onlara 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Onların bəziləri 2, bəziləri isə 4 il sonra Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Bir nəfər – İlkin Rüstəmzadə 2019-cu ilin martına qədər həbsdə saxlanmışdı.//yeniavaz

Paylaş
Xəbər lentİ