Qarabağda və Zəngəzurda kazinolar açılsın - Deputatdan TƏKLİF

Oxunma sayı: 208
21-12-2021, 00:47

Qarabağda və Zəngəzurda kazinolar açılsın - Deputatdan TƏKLİF
Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, Azərbaycanda əyləncə və azart oyunları turizmi inkişaf eləsin. Bu da bir turizm növü kimi qanuna daxil edlsin. Əgər kazinoların açılmasına icazə verilsə, həm qonşu Türkiyədən, İrandan, digər müsəlman ölkələrindən, xüsusilə də Yaxın Şərqdən, ərəb ölkələrindən çoxsaylı turst cəlb etmək mümkündür”.

Arasdırma.info xəbər verir ki, bu fikirləri Milli Məclisin “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Millət vəkili deyib ki, bu məsələni dəfələrlə qaldırıb: “Məsələn, Rusiyada 4 bölgədə kazinoların yaradılmasına icazə verilib. Azərbaycanda da Qarabağda, Zəngəzurda belə bi kazinoların açılmasına imkan vermək olar. Yaxud keçmiş Nargin adası var. Bakıdan 10 kilometr məsafədə yerləşir. Təyyarə ilə Bakıya enəndə görürük ki, bu ada kifayət qədər böyük bir ərazidir. 1,4 kvadrat kilometrlik ərazi olsa da, tam istifadəsiz qalıb. Xaricdən investorlar cəlb edib, orada kazinoların açılmasına imkan yaratmaq olar. Qanunların qəbul olunması ilə əlbəttə biz bu sahədə ciddi normalr tətbiq etməklə nizam-intizam yaratmalı, münsibətləri tənzimləməliyik. Amma Azərbaycana turist axının cəlb etmək üçün xidmət sferası, burada işin təşkili, xidmətin səviyyəsi yüksəldilməldiir. Bunun üçün də həmin xidmət sferasında çalışan şəxslər ingilis dilini bilməlidirlər. Azərbaycanda rus dii geniş yayılıb. Bundan istifadə edərək vətəndaşlarımız keçmiş sovet respublikalarının vətəndaşları ilə sərbəst ünsiyyət qura bilirlər.

Amma xarici dillərin öyrədilməsi yetərli deyil. Bunun üçün xüsusi dövlət proqramı qəbul olunmalıdır. Xüsusilə də ingilis dilinin öyrənilməsi üçün xüsusi dövlət proqramı qəbul olunmaldır ki, biz bunun vasitəsilə həm turistləri cəlb edək, həm də dünya elminə, mədəniyyətinə çıxış əldə etmək imkanlarımız olsun".//publika

Paylaş
Xəbər lentİ