Nazir generalın qohumuna yüksək vəzifə verdi

Oxunma sayı: 136
28-04-2022, 07:10

Nazir generalın qohumuna yüksək vəzifə verdi
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Arasdırma.info Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini, general-mayor Yaşar Əliyevin qohumudur.
Nazir generalın qohumuna yüksək vəzifə verdi

Paylaş
Xəbər lentİ