Şəhidimiz tanınmış həkimin oğlu imiş - FOTO

Oxunma sayı: 95
28-01-2023, 09:44

Şəhidimiz tanınmış həkimin oğlu imiş - FOTO
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı həyatını itirən Orxan Əsgərovla bağlı bir sıra nüanslar məlum olub.

Arasdırma.info xəbər verir ki,"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əslən Gəncədən olan şəhidimiz tanınmış həkimin oğludur. Orxanın atası Rizvan Əsgərov Gəncə şəhər 1-saylı Pediatriya Xəstəxanasının baş həkimidir. R.Əsgərov uzun illərdir bu sahədə çalışır.

Orxan özü isə ABŞ-də təhsil alıbmış. Ailəli imiş, 2 övladı var.

Əməkdaşımız Orxanın Gəncədəki ata evinə gedib. Məlum olub ki, onun valideynləri dərhal Bakıya yola çıxıblar.

Qeyd edək ki, bu gün Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfər isə yaralanıb.

Paylaş
Xəbər lentİ