Əvəz Zeynallı DTX-dan Təcridxanaya köçürülüb.

Oxunma sayı: 104
31-01-2023, 19:17

Əvəz Zeynallı DTX-dan Təcridxanaya köçürülüb.
Həbsdə olan tanınmış jurnalist Əvəz Zeynallının saxlanıldığı təcridxana dəyişdirilib.


Arasdırma.info Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin tabeliyində olan 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Ə.Zeynallı rüşvət almaqda ittiham edilir. İttihama görə, o, həbsdə olan iş adamı Rasim Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Ə.Zeynallı barəsində cinayət işi başlanıb və ötən ilin avqustunda barəsində həbs qətimkan tədbiri seçilib. Həmin vaxtdan etibarən o DTX-nin təcridxanasında saxlanılırdı.

Hazırda iş üzrə istintaq gedir.

Paylaş
Xəbər lentİ