Xankəndində dalğalanan bayrağımız Prezidentimizin siyasi iradəsinin göstəricisidir.

Oxunma sayı: 79
18-11-2023, 10:30

Xankəndində dalğalanan bayrağımız Prezidentimizin siyasi iradəsinin göstəricisidir.
ikinci Qarabağ Müharibəsi,eləcə də dövlət başçımız İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində davam edən torpaqlarımızın azad olunması prosesi nəticədə Xankəndinin boşaldılması və orada bayrağımızın dalğalanması ilə nəticələndi.
Bu, siyasi addım və qəhrəman ordumuzun dünya tarixinə düşə biləcək əməlləri nəticəsində baş verdi.44 günlük müharibədən sonra keçən 3 il ərzində azad olan torpaqlarıməzda yenidənqurma və təmir tikinti işləri var gücü ilə gedərək dünya ictimaiyyətinə bir daha göstərdi ki,bir millət olaraq biz qurucu,yaradıcı insanlarıq.Erməni vandalizminin bizə 30 ildə qoyduğu xarabalıqları yeni şəhər və qəsəbələrlə əvəz etdik.Hazırda Şuşa və Xankəndidə,eləcə də Xocalıda və Xocavənddə təmir tikinti işləri gedir.
Ali Baş Komandanımızın xarici siyasəti nəticəsində əldə olunan razılıqlar Qarabağın tamamilə azad olunması və 30 il əvvəlki kimi sakinlərin oraya köçürülməsi və dinc yaşaması üçün böyük nailiyyətdir.Bu tarixi qələbədir.Əlbəttə tarixi qələbəmizin əldə olunması və güclü dövlət kimi ayaqda durmasının tarixi kökləri də vardır.Bu ilin sentyabr ayında 23 saat 43 dəqiqə ərzində həyata keçirilmiş antiterror tədbirlərinin uğurlu sonunda cənab İlham Əliyev xalqa müraciətində dediyi kimi, "... Azərbaycan öz suverenliyini bərpa etmişdir... Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar! Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər". Qələbəyə gətirən zaman yolunda Prezident İlham Əliyevin informasiya cəbhəsində apardığı parlaq fəaliyyəti xüsusən yadda qalmaqdadır. Müxtəlif, xüsusən xarici media nümayəndələrinə verdiyi müsahibələr onun erudisiyalı, mübariz, haqdan dönməz şəxsiyyət nümayişidir. Yalan və iç üzü ikili standartlardan qaynaqlanan suallara dərin məntiqli və qətiyyətli cavabları böyüklüyün ədalət zirvəsi nümunələridir".
Prezidentimizin həqiqət-haqqa qarşı heç bir razılaşmaya getməməsinin və bununla hər bir razılaşmanın haqq-hesabının aparılması dünyaya nümayiş etdirilən dərsləridir. Bu müsahibələrdə dövlət başçımızın intellektual cəhətdən üstün və qalib olması beynəlxalq ictimai rəyə əhəmiyyətli təsiri idi. Çünki parlaq zəkaların fikirləri hər zaman ictimai rəyə çevrilməsi, ikiüzlülük isə yalnız rəzilliyin fəzilətə verdiyi xərac olması deməkdir. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan dünya hay-ermənilərin Qarabağa aid ən böyük "layihəsi"nin və "böyük Ermənistan" uydurulmuş mifinin puça çıxarılması, erməniçiliyin, Ermənistan və Qarabağ separatçıları üzərində qələbəsi ilə uzun və çətin, gərgin və mürəkkəb yol keçdi. Sadalanan üç dövrün illəri və günləri, saat və dəqiqələri - yalnız keçmişdən gerçəklik vasitəsilə gələcəyə yönələn zamanın geri dönməz axarı deyil. Bu heç də fiziki və bioloji prosesləri göstərən sadəcə xronologiya və ya metrologiya ölçüsü də deyildi. Həmin zamanın hər bir dövrü illər və ya günlər, yaxud saat və dəqiqələrlə ölçülməsinə baxmayaraq, millətimizin gözləntilərinin psixoloji və mənəvi zamanı idi, duyulan və dəyərləndirilən astronomik və ya bioloji keçən saatlar düşüncəmizdə Azərbaycan ərazisi bütövlüyünün gözləntilərimizin zamanı idi. Həmin zamanın təxminən 30 ilini ədalətin bərpası arzuları və torpaqlarımızın qaytarılması həsrətilə, 44 günlük qürur və həyəcanla, 23 saat 43 dəqiqəsini şərəf və sevinclə yaşanmış dövrlər idi. Bir həqiqətdir ki, zaman öz müddət kəsiyi, uzunluğu ilə deyil, dərinliyi ilə ölçülür. Zəka dərinliyi isə ictimai təsiri ilə, yaratdığı kölgəsinin həcmi və uzunluğu ilə ölçülməlidir",
Xankəndində dalğalanan bayrağımız Prezidentimizin siyasi iradəsinin göstəricisidir.
Prezident İlham Əliyevin iyirmi il­lik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bər­pa olunub. Əlbəttə, buna əminlik və inam hissi heç də elə-belədən yaranmadı. Ölkəmiz ötən iyirmi ildə görünməmiş iq­tisadi nailiyyətlərə imza atdı. Dövlətimizin başçısının həyata keçirdiyi bütün tədbir­lərin bir hədəfi var idi – Qarabağ. Nəticə etibarilə Prezident İlham Əliyevin təbirin­cə desək, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Azərbay­can xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır”.

Xalqın İlham Əliyev şəxsiyyətinə ina­mının nəticəsi idi ki, cəmi 44 gün ərzində düşməni diz çökdürdük, onu ağ bayraq qaldırmağa məcbur etdik. Ümumən, 44 günlük müharibə dövrü və ondan sonra­kı mərhələ Prezident İlham Əliyevi xalqa tam fərqli obrazda təqdim etdi. Həmin müddətdə dövlətimizin başçısı Ali Baş Komandan, mahir sərkərdə keyfiyyətlə­ri ilə seçilməklə yanaşı, həm də hər bir azərbaycanlının doğması – atası, əmisi, dayısı halına gəldi. Müharibə İlham Əli­yevin xalqla ünsiyyət ritorikasına zərb-məsələ çevrilmiş leksikon daxil etdi. Bu leksikon əsl Azərbaycan kişisinin obrazı­nı canlandırırdı. Bu obrazın isə özlüyün­də çox böyük məziyyətləri var. Ancaq biz ən başlıca xüsusiyyəti fərqləndirməliyik– SÖZÜBÜTÖVLÜYÜ.

İlham Əliyev liderliyinin ən başlıca xü­susiyyəti onun sözünün ağası olmasıdır. Dövlətimizin başçısının hər bir fikri re­allıqla fiksasiya əhəmiyyətinə malikdir. Yəni, o, nəyi dilə gətirirsə, dediyini mütləq həyata keçirir. Məhz planlılıq, strateji ya­naşma İlham Əliyevin mahir siyasətçi ob­razını tamamlayır. Bu gün bu obraz, eyni zamanda, güclü, qüdrətli Azərbaycanın obrazıdır. Bu, elə bir obrazdır ki, ölkəmizi dünyaya tanıdır. Ancaq biz onu da gördük ki, işğalçı Ermənistan və havadarları 17 il ərzində qeyd etdiyimizi məqamı dərk etmədilər, xəbərdarlıqlardan nəticə çıxar­madılar: “Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişə­ni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmaya­cağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.

Bəli, istər 44 günlük müharibə, istərsə də 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına nəinki imkan ver­məyəcək, əksinə, bu xülyaya düşənlərə qarşı barışmaz olacaq. Bəli, bu gün Xo­calı qatilləri, Qarabağdakı separatçı re­jimdə təmsil olunanlar Bakıda mühakimə olunurlar. Haqq və ədalət öz yerini tapır. Elə tapır ki, hər kəsə, erməni avantüriz­minin hər bir nümayəndəsinə görk olur. Bu böyük görk olayının müəllifi İlham Əliyevdir. Onun Prezident kimi fəaliyyə­tinin 20 illiyinin sayəsində xalqımız ötən müddətdə çəkdiyi məhrumiyyətlərin mü­kafatını görməkdədir.

Sonda onu da deyək ki, Prezident İlham Əliyevin Xankəndi şəhərindəki çıxı­şına ən müxtəlif prizmadan yanaşmaq, çoxsaylı örnək nəticələr çıxarmaq müm­kündür. Tarixi çıxışın xarakteri belədir. Ən böyük nəticə isə qürurdur. Bəli, əminliklə söyləyə bilərik ki, dövlətimizin başçısının bu qədim şəhərimizdəki çıxışı əsl qürur doğurur və biz Prezidentimizlə fəxr edirik.

Qəribə Məmmədova,ADPU-nin dosenti,f.ü.f.d

Paylaş
Xəbər lentİ