Keçmiş hakim məhbus oldu - 9 İL HƏBS

Oxunma sayı: 51
19-12-2023, 19:11

Keçmiş hakim məhbus oldu - 9 İL HƏBS
Rüşvət müqabilində ədalətsiz qərar çıxarmaqda ittiham olunan sabiq hakim İlyas Mahmudovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Arasdırma.info xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, İ.Mahmudov verilmiş ittihamla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Müttəhim kürsüsündə əyləşən sabiq hakim özünü təqsirli bilməyib, son sözündə məhkəmədən bəraət tələb edib.

Qeyd edək ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləmiş İlyas Mahmudov 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.//trend

Paylaş
Xəbər lentİ