Nazir Rəşadət Babayevi daha bir vəzifədən çıxartdı

Oxunma sayı: 387
10-01-2020, 00:57

Nazir Rəşadət Babayevi daha bir vəzifədən çıxartdı
Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.

Axar.az Bakipost.az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.

Qeyd edək ki, bundan öncə nazirin əmri ilə Rəşadət Babayev Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində rəis müavini vəzifəsindən azad edilmişdi və Alay komandiri vəzifəsini daşıyırdı.

Paylaş
Xəbər lentİ