İlham Əliyevdən MÜHÜM SƏRƏNCAM - Yeni TƏYİNATLAR

Oxunma sayı: 684
21-12-2018, 22:53

İlham Əliyevdən MÜHÜM SƏRƏNCAM - Yeni TƏYİNATLAR
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gülağa İslamovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

Gülağa Bayram oğlu İslamov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şükür Babayevin Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Şükür Fərəməz oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 758; 2008, № 2, maddə 52; 2017, № 12 (I kitab), maddə 2317) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 1.10-1-ci, 3.1-ci, 5.3-cü (hər iki halda) maddələrində, 7.1-ci maddəsinin birinci cümləsində və 8.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

2.2. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. həmin Qanunun 5.3-cü maddəsində (ikinci halda) “orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;

2.3. 3.3-cü bənddən “7.1-ci maddəsinin birinci cümləsində,” sözləri çıxarılsın və “və 13.2.3-1-ci (birinci halda) maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

“3.3-1. həmin Qanunun 1.10-1-ci, 5.3-cü (birinci halda) maddələrində, 7.1-ci maddəsinin birinci cümləsində və 8.2-1-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605; 2004, № 12, maddə 1014; 2009, № 7, maddə 527; 2010, № 2, maddə 77; 2014, № 5, maddə 477, № 10, maddə 1187; 2016, № 8, maddə 1384; 2017, № 1, maddə 36, № 11, maddə 2025, № 12 (I kitab), maddə 2327; 2018, № 8, maddə 1684) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci – on səkkizinci abzaslar müvafiq olaraq 2.1 – 2.17-ci bəndlər hesab edilsin;

2.2. 2.1-ci bəndə “Qanununun” sözündən sonra “1.1.32-ci, 1.1.32-2-ci,” sözləri əlavə edilsin və həmin bənddə “, 19.6-cı” sözləri “maddələrində, 18.3-cü maddəsinin ikinci cümləsində, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində, 19.6-cı, 20.2-ci” sözləri ilə əvəz edilsin;

2.3. 2.6-cı bənddən “19.2-ci (birinci halda),” sözləri çıxarılsın;

2.4. 2.14-cü bəndə “maddələrində” sözlərindən sonra “, 19.2-ci maddəsinin ikinci abzasında və üçüncü abzasının birinci cümləsində” sözləri əlavə edilsin;

2.5. 2.17-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilməklə, aşağıdakı məzmunda 2.18-ci və 2.19-cu bəndlər əlavə edilsin:

“2.18. həmin Qanunun 18.3-cü maddəsinin ikinci cümləsində və 20.2-ci maddəsinin beşinci cümləsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;

2.19. həmin Qanunun 1.1.32-ci və 1.1.32-2-ci maddələrində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nəzərdə tutulur.”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə uyğun olaraq, artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydasını üç ay müddətində təsdiq etsin;

1.4. həmin Qanunun 14.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında, neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində:

2.1.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü abzasına uyğun olaraq, hesabatın formasını müəyyən etsin;

2.1.2. həmin Qanunun 13.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, ərizənin formasını müəyyən etsin;

2.2. həmin Qanunun 13.4-cü maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydasını müəyyən etsin;

2.3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

4. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007, № 12, maddə 1226; 2009, № 8, maddə 630; 2016, № 6, maddə 1021, № 9, maddə 1464) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;”;

4.2. aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilsin:

“2.1-1. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 13.3-cü maddəsində (ikinci halda) və 28-ci maddəsinin birinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.1-2. həmin Qanunun 19.1-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”;

4.3. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. həmin Qanunun 9-1.2-ci və 14.7-ci maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

4.4. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;”;

4.5. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.4. həmin Qanunun 8-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 9-1.2-ci maddəsində, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 12-ci (hər iki halda) və 13.1-ci maddələrində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (hər iki halda), 13.4-cü, 14.7-ci maddələrində, 15-ci maddəsinin iyirmi üçüncü abzasında, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 19.1-ci maddəsində, 20-ci maddəsinin ikinci hissəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 28-ci maddəsinin birinci hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

4.6. aşağıdakı məzmunda 2.4-1– 2.4-4-cü bəndlər əlavə edilsin:

“2.4-1. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə və vergi orqanlarının işçilərinə münasibətdə) nəzərdə tutulur;

2.4-2. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində (ikinci halda) “orqan” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.4-3. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın maddi-texniki bazası” dedikdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi-texniki bazaları nəzərdə tutulur;

2.4-4. həmin Qanunun 20-ci maddəsinin birinci cümləsində “orqanın işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri və vergi orqanlarının işçiləri nəzərdə tutulur;”;

4.7. 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:

“2.6. həmin Qanunun 15-ci maddəsinin iyirmi üçüncü abzasında “qurum” dedikdə Mənəvi Dəyərlərin Təbliği Fondu nəzərdə tutulur.”;

4.8. 3-cü hissə ləğv edilsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir”.

***

Prezident İlham Əliyev Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin və Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavininin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin sədri təyin edilsin.

2. Natiq Mürsəl oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin.

3. Əfqan Niyətulla oğlu Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini təyin edilsin.

4. Aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin sədrləri təyin edilsinlər:

Əliyev Zamiq Xudaverdi oğlu - Babək Rayon Məhkəməsinin sədri

Məmmədov Mehrab Fərmayıl oğlu - Culfa Rayon Məhkəməsinin sədri

Əhmədov Zülfüqar Əziz oğlu - Kəngərli Rayon Məhkəməsinin sədri

Haqverdiyev Tural Ziyat oğlu - Ordubad Rayon Məhkəməsinin sədri

Zülfüqarov Hüseyn Nadir oğlu - Sədərək Rayon Məhkəməsinin sədri

Əliyev Mehdi Ədalət oğlu - Şərur Rayon Məhkəməsinin sədri

5. Aşağıdakı şəxslər Bakı şəhərinin rayon məhkəmələrinin sədrləri təyin edilsinlər:

Tağıyev Nazim Hüsü oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri

Əliyev Kəramət Fətəli oğlu - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri

6. Aşağıdakı şəxslər rayon (şəhər) məhkəmələrinin sədrləri təyin edilsinlər:

Əliyev Rəfayil Əfraddin oğlu - Biləsuvar Rayon Məhkəməsinin sədri

Kazımov Marif Sabir oğlu - Gədəbəy Rayon Məhkəməsinin sədri

Əliyev Abbas Baba oğlu - Qəbələ Rayon Məhkəməsinin sədri

Süleymanov Kamran Şakir oğlu - Oğuz Rayon Məhkəməsinin sədri

Məmmədov Elbrus Hacıbala oğlu - Zaqatala Rayon Məhkəməsinin sədri

İmanova Gülsarə Kərimovna - Zəngilan Rayon Məhkəməsinin sədri

7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:

“Ağır cinayətlər məhkəmələri üzrə:

Bakı Ağır Cinayətlər Məhkəməsi

Hüseynov Səbuhi Sabir oğlu

Hüseynov Telman Qulaməli oğlu

Qəniyev Faiq Əsəd oğlu

Məmmədov Əli İrfan oğlu

Gəncə Ağır Cinayətlər Məhkəməsi

Bağırov Məhəmməd Ənvər oğlu

Əliyev Nural Turab oğlu

Rüstəmov Elmin İltizam oğlu

Səmədov Xəqani Hacı oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Abdullayev İlkin Qismət oğlu

Məmmədov Müşfiq Vaqif oğlu

Musayev Aqil Əlisa oğlu

Şəki Ağır Cinayətlər Məhkəməsi

Məmmədov Bilal Mahir oğlu

Mirzəyev Nahid Namiq oğlu

İnzibati-iqtisadi məhkəmələr üzrə:

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

Əliyev Elvin Əhəd oğlu

Mədətli Fərid İlham oğlu

Nuriyeva Səbinə Vidadi qızı

Oruczadə Aytən Pənah qızı

Süleymanova Şəhla Ənvər qızı

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

Daşdəmirov Rauf Məhərrəməli oğlu

Ələkbərov Əfqan Qəzənfər oğlu

Əliyeva Leyla Rauf qızı

Mustafayev Etibar Mustafa oğlu

Tağıyev Zaur Müzəffər oğlu

Gəncə İnzibati-İqtisadi Məhkəməsi

İsgəndərova Aygül Vulqar qızı

Vəliyev Kənan Hafiz oğlu

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi

Əzizova Vəfa Ehtiram qızı

Məmmədov Zahid Tahir oğlu

Şirvan İnzibati-İqtisadi Məhkəməsi

Allahyarov Zaur Mirzağa oğlu

Həsənov Samir Firdusi oğlu

İsmayılov Orxan Nadir oğlu

İsmayılov Rafiq Tofiq oğlu

Şəki İnzibati-İqtisadi Məhkəməsi

Cabbarov İlqar Hidayət oğlu

Məcidov Rüfət Azadəli oğlu

Hərbi məhkəmələr üzrə:

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi

Hüseynov Səxavət Səməd oğlu

Salmanov Elşən Fizuli oğlu

Gəncə Hərbi Məhkəməsi

Hüseynli Nurəddin Nizami oğlu

Muxtarov Kamran Nüsrət oğlu

Tərtər Hərbi Məhkəməsi

Əzizov Sevindik Əziz oğlu

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

Naxçıvan Şəhər Məhkəməsi

Hüseynov Elnur Heydər oğlu

Səfərəliyeva Gülnar Xanlar qızı

Babək Rayon Məhkəməsi

Əliyev Zamiq Xudaverdi oğlu

Səfərov Daşqın Yaqub oğlu

Culfa Rayon Məhkəməsi

Məmmədov Mehrab Fərmayıl oğlu

Ordubad Rayon Məhkəməsi

Haqverdiyev Tural Ziyat oğlu

Şərur Rayon Məhkəməsi

Əliyev Mehdi Ədalət oğlu

Qarayev Seymur Əlfəddin oğlu

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Abbasova Günel Məhərrəm qızı

Abdıyev Fuad Vilayət oğlu

Ağayev Elçin Zəkəriyə oğlu

Əliyev İlkin Əli oğlu

Əmirəliyev Fərid Mübariz oğlu

Hətəmzadə Fərid Eldar oğlu

Qasımov Fərrux Hüseynağa oğlu

Nəbizadə Nigar Xeyrulla qızı

Rüstəmli Məhəmməd Əli oğlu

Tağıyev Vüsal Adıgözəl oğlu

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Abbasova Əminə Rauf qızı

Əliyev Şəhriyar İbrahim oğlu

Həsənova Aygün Namiq qızı

Hüseyn Cavid Vaqif oğlu

Misirzadə Namidar Əlöysət oğlu

Rəhimli Lalə Elxan qızı

Tağıyev Nazim Hüsü oğlu

Yaqubov Fərid Murtuza oğlu

Zamanlı Pərviz Mirsiyaf oğlu

Bakı şəhəri Xəzər Rayon Məhkəməsi

Axundova Zeynəb Əli qızı

Bəhrəmzadə Sabit Xanlar oğlu

Hüseynli Hüseyn İnanc oğlu

Xəzri Ramilə Həşim qızı

Məmmədli Emin İlham oğlu

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi

Əhmədova Gülnar İnqilab qızı

Əsədov Kamran Bağır oğlu

Həsənov İslam Telman oğlu

Həşimova Günay Rövşən qızı

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi

Ədilova Solmaz İmran qızı

Ələkbərov Tural Mehman oğlu

Kamranov Hafiz Eldar oğlu

Quliyev Ramin Nizaməddin oğlu

Quliyev Vüqar Şahbaz oğlu

Qurbanov Vüsal Rafiq oğlu

Novruzova Aytən Nazim qızı

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Cəfərov Səməd Fəxrəddin oğlu

Hüseynov Elməddin Mirpaşa oğlu

Hüseynov Pərviz Aktiv oğlu

Xəlilov Ramin Adilxan oğlu

Musayeva Cəmilə Ceyhun qızı

Mustafayeva Solmaz Rafael qızı

Pənahov Babək Əkbər oğlu

Səmədov Rəşid Əfraim oğlu

Tağıyev Azər Heydər oğlu

Tağıyev Ceyhun Əlikram oğlu

Bakı şəhəri Nizami Rayon Məhkəməsi

Əhmədova Həqiqət Mülazim qızı

Qasımov Babək Natiq oğlu

Mehdiyev Nəriman Hüseynqulu oğlu

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Hacıyev Zaur Arif oğlu

Paşayeva Adilə Adil qızı

Talıbov Samir Şahin oğlu

Bakı şəhəri Səbail Rayon Məhkəməsi

Əliyeva Aytən Heydər qızı

Qafarova Rəna Nazim qızı

Rüstəmli İlkin Şahin oğlu

Şükürova Ülviyyə Sahib qızı

Tağıyev Azər Ramiz oğlu

Tanrıverdiyev Anar Vəzir oğlu

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

Mahmudova Təranə Nəriman qızı

Məmmədov Tural Nurulla oğlu

Miriyeva Səlimə Miri qızı

Nuriyev Elnur Aləm oğlu

Rzayeva Nərminə Cahangir qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Axundov Toğrul Bəhruz oğlu

Axundova Günay Təyar qızı

Cavadzadə Rəşad Bəylər oğlu

Əkbərli Günel Bəkir qızı

Əyyubov Fərid İlham oğlu

Hacıyev Vahid Məcid oğlu

Qurbanov Ramin Afad oğlu

Məmmədli Orxan Qədir oğlu

Məmmədov Murad Akif oğlu

Rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi

Əhmədov Habil Yunis oğlu

Ağdam Rayon Məhkəməsi

Niftəliyev Mahir Şamil oğlu

Ağdaş Rayon Məhkəməsi

Əliyev Nizam Mubariz oğlu

Ağstafa Rayon Məhkəməsi

Rəsulov Zamiq Akif oğlu

Bərdə Rayon Məhkəməsi

Əbilov Qamət Mehman oğlu

Kərimov Əyyub Vaqif oğlu

Biləsuvar Rayon Məhkəməsi

Əhmədov Pərviz Tərlan oğlu

Gədəbəy Rayon Məhkəməsi

Mirzəquliyev Fizuli Balağa oğlu

Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi

Hüseynov Zaur Nazim oğlu

Qocayev Tural Şəmsi oğlu

Mustafayev Rəşad Mustafa oğlu

Tağıyev Cavid Tahir oğlu

Gəncə şəhəri Nizami Rayon Məhkəməsi

Ələkbərli Roman Nəriman oğlu

Hünmətov Zaur Adil oğlu

Hüseynov Kənan Zakir oğlu

Goranboy Rayon Məhkəməsi

Mayılov Samir İlham oğlu

Xaçmaz Rayon Məhkəməsi

Xəlilov İlkin Ələkbər oğlu

Sadıqov Anar Böyükkişi oğlu

İmişli Rayon Məhkəməsi

Nüsrətov Tərlan Vaqif oğlu

Qəbələ Rayon Məhkəməsi

İsayev Elman Bəhruz oğlu

Quba Rayon Məhkəməsi

Həsənov Rahim Təşəkkül oğlu

Lənkəran Rayon Məhkəməsi

Məmmədov Rəşad Azad oğlu

Məmmədov Toğrul Məhəmməd oğlu

Masallı Rayon Məhkəməsi

Bəhmənov Habil Xanoğlan oğlu

Səlimov Ayaz Aydın oğlu

Sumqayıt Şəhər Məhkəməsi

Abdullayev Emin Ağamusa oğlu

Abıyev Nəriman İbrahim oğlu

Behbudova Aynur Mirzalı qızı

Hacıyev Pərviz Əhməd oğlu

Qoşqarlı Rəşad Nizami oğlu

Məmmədov Ceyhun Bəşir oğlu

Süleymanova Almaz Məhərrəm qızı

Tanrıverdiyeva Günel Cəbrayıl qızı

Şəki Rayon Məhkəməsi

Hacıyev Pərviz Vaqif oğlu

İmanov Cahid Fehruz oğlu

Şəmkir Rayon Məhkəməsi

Paşayev Nemət Şirkət oğlu

İmanov Zaman Şakir oğlu

Tovuz Rayon Məhkəməsi

Məmmədov Rəşad Seylan oğlu

Yevlax Rayon Məhkəməsi

Cavadova Günay İsmayıl qızı

Əlizadə Ruslan Əliyar oğlu

Zaqatala Rayon Məhkəməsi

Həsənov Tural Həsən oğlu

Zəngilan Rayon Məhkəməsi

İmanova Gülsarə Kərimovna

Sərəncamla aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Səxavət Şahhüseyn oğlu Bəylərli Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

Siyavuş Həbib oğlu Hacıyev Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

İlham Ağa oğlu Mahmudov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

Natiq Mürsəl oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib.

Camal Cumar oğlu Ramazanov Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsinib.

Zülfüqar Əziz oğlu Əhmədov Sədərək Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Kəngərli Rayon Məhkəməsinin hakimi təyin edilib.

Hüseyn Nadir oğlu Zülfüqarov Şərur Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sədərək Rayon Məhkəməsinin hakimi təyin edilib.

Səadət Rəşid qızı Səlimova Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib.

Sərdar Bəşərəddin oğlu Mehrəliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin edilib.

Rəşad Məhəmməd oğlu Həsənov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi təyin edilib.

Mirheydər Seyidəmir oğlu Zeynalov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi təyin edilib.

Kəramət Fətəli oğlu Əliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib.

Anar Adil oğlu Qasımov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib.

Leyla Oruc qızı Talıbova Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib.

Anar Firdovsi oğlu İbrahimov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib.

Emin Əlixan oğlu Mehdiyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilib.

Vaqif İskəndər oğlu Həsənov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilib.

Zülfüqar Əhməd oğlu Sadiqov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilib.

Elman Tofiq oğlu Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilib.

Rəfayil Əfraddin oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Biləsuvar Rayon Məhkəməsinin hakimi təyin edilib.

Vladimir Yefimoviç Ruvinov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xaçmaz Rayon Məhkəməsinin hakimi təyin edilib.

Nemət Əlimusa oğlu Musayev Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qazax Rayon Məhkəməsinin hakimi təyin edilib.

Abbas Baba oğlu Əliyev Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qəbələ Rayon Məhkəməsinin hakimi təyin edilib.

İlqar Aslan oğlu Məmmədov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Quba Rayon Məhkəməsinin hakimi təyin edilib

Kamran Şakir oğlu Süleymanov Şəki Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi təyin edilib.

Ağarza Hacırza oğlu Səmədov Qazax Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Salyan Rayon Məhkəməsinin hakimi təyin edilib.

Rövşən Elbrus oğlu Xəlilov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.

Sərəncamla həmçinin Nurəddin Abuzər oğlu Bağırov Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sabirabad Rayon Məhkəməsinin hakimi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanununun tətbiqi və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.11-ci maddəsinə uyğun olaraq, hesabatın formasını bir ay müddətində müəyyən etsin;

2.2. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

4. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1516) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “16-cı” sözləri “6.2.11-ci (hər iki halda), 7.1.1-ci, 7.1.3-cü, 7.1.3-1-ci, 10.2-ci, 16-cı, 19.0.5-ci” sözləri ilə əvəz edilsin;

4.2. 2.3-cü bənddən “, 23-cü maddəsinin adında və birinci cümləsində (birinci halda)” sözləri çıxarılsın;

4.3. 2.6-cı bəndə “işçilərinə” sözündən sonra “və vergi orqanları işçilərinə” sözləri əlavə edilsin;

4.4. 2.7-ci bəndə “Administrasiyası” sözündən sonra “, Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözləri əlavə edilsin;

4.5. 2.8-ci bənddən “10.2-ci maddəsində və” sözləri çıxarılsın;

4.6. 2.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“2.9. həmin Qanunun 19.0.5-ci maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”;

4.7. 2.10-cu bəndə “işçiləri” sözündən sonra “və vergi orqanlarının işçiləri” sözləri əlavə edilsin;

4.8. 2.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.11-ci və 2.12-ci bəndlər əlavə edilsin:

“2.11. həmin Qanunun 23-cü maddəsinin adında və birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirirlər;

2.12. həmin Qanunun 6.2.11-ci (hər iki halda), 7.1.1-ci, 7.1.3-cü, 7.1.3-1-ci və 10.2-ci maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.”.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Bu Fərman 2019-cu il yanvarın 1-dən qüvvəyə minir”.

***

Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:

Allahverdiyev Əli Kərim oğlu - Mülki Kollegiyanın sədri

Qurbanov Yusifəli Süleyman oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri

Mirzəyev İlqar Məhərrəm oğlu - Cinayət Kollegiyasının sədri

Quliyev Vüqar Kərim oğlu - Hərbi Kollegiyanın sədri

2. Aşağıdakı şəxslər apellyasiya məhkəmələri sədrlərinin müavinləri və məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:

Bakı Apellyasiya Məhkəməsi üzrə:

Abiyeva Kəmalə Nəbi qızı - sədrin müavini

Məmmədov Məmməd Allahverdi oğlu - Mülki Kollegiyanın sədri

Məmmədov Vidadi Məmməd oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri

Səfərov Rizvan Kamal oğlu - Cinayət Kollegiyasının sədri

Qasımov Faiq Adil oğlu - Hərbi Kollegiyanın sədri

Gəncə Apellyasiya Məhkəməsi üzrə:

Quliyev Nuru Nadir oğlu - sədrin müavini

Muradov Rəhman Şaban oğlu - Mülki Kollegiyanın sədri

Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri

Muxtarov Teyyub Asif oğlu - Cinayət Kollegiyasının sədri

Hüseynov Salman Bilal oğlu - Hərbi Kollegiyanın sədri

Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:

Mövsümov Nazim Rasim oğlu - sədrin müavini

Abbasov Aqil Əzizağa oğlu - Mülki Kollegiyanın sədri

Nəsibov Nazim Məcid oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri

Cəfərov Vidadi Cəfər oğlu - Cinayət Kollegiyasının sədri

Zeynallı Fərmayıl Gülmalı oğlu - Hərbi Kollegiyanın sədri

Şirvan Apellyasiya Məhkəməsi üzrə:

Novruzov Ələsgər Əli İskəndər oğlu - sədrin müavini

Babayev Zəki Baba oğlu - Mülki Kollegiyanın sədri

Həsənov Müşfiq Kamil oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri

Camalov Etibar Əli oğlu - Cinayət Kollegiyasının sədri

Cəfərov Rafiq Musa oğlu - Hərbi Kollegiyanın sədri

Şəki Apellyasiya Məhkəməsi üzrə:

Hüseynov Mirbahəddin Mirdamət oğlu - sədrin müavini

Məcidov Ələddin Tofiq oğlu - Mülki Kollegiyanın sədri

Abbasov Gündüz Qasım oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri

Eyvazov Akif Məhərləm oğlu - Cinayət Kollegiyasının sədri

Hüseynov Elçin Şirin oğlu - Hərbi Kollegiyanın sədri

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1353-VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1353-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 881) ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”na aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi müvafiq qayda ilə tənzimlənir”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Lisenziyalar və icazələr” portalının fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521; 2018, № 2, maddə 189, № 3, maddə 449, № 4, maddələr 662, 682, № 8, maddə 1688, № 9, maddə 1840, № 10, maddə 1985; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 noyabr tarixli 351 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 11.13-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.14-cü bənd əlavə edilsin:

“11.14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi – operatoru olduğu “Lisenziyalar və icazələr” portalı vasitəsilə lisenziyaların və icazələrin verilməsi ilə bağlı Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə məlumatlar”.

***

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 9-cu hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti nəzərdə tutulur;

1.3. həmin Qanunun 3-cü maddəsinin 9-cu hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının həmin Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

3.1. İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirlərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

3.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

4.1. İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

4.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

5. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün təsdiq edilən işsizlikdən sığorta fondunun büdcəsində müəyyən olunan özünüməşğulluq tədbirlərinin təşkili ilə bağlı görülmüş işlərin monitorinqini və qiymətləndirilməsini həyata keçirsin və bu barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və büdcədən maliyyələşən təşkilatlar büdcədənkənar vəsaitlər üzrə 2018-ci ildə yaranmış işsizlikdən sığorta haqları borclarını 2019-cu il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsınlar.

7. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinin tabeliyində olan vergi orqanları ilə birlikdə tədbirlər həyata keçirsinlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Prezident İlham Əliyev “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 4-cü hissəsində (ikinci halda) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun adında, 1-ci maddəsində, 2-ci maddəsinin birinci abzasında və 3-cü hissəsində, 3-cü maddəsinin birinci abzasında və 4-cü hissəsində (birinci halda), 4-cü və 5-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;

1.3. həmin Qanunun 3-cü maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının həmin Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

4.1. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və bu barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

4.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2019-cu ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin rüblük və aylıq bölgüsünü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və büdcədən maliyyələşən təşkilatlar büdcədənkənar vəsaitlər üzrə əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları borclarını 2019-cu il üçün xüsusi vəsaitlərin smetalarında nəzərə alsınlar.

7. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindəki dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarını vaxtında və tam ödəməsini təmin etmək üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyinin tabeliyində olan vergi orqanları ilə birlikdə tədbirlər həyata keçirsinlər.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.

Qanunda deyilir:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Paylaş
Xəbər lentİ