Ermənilərin Azərbaycana atdıqları Smerç tipli raketlər niyə partlamır.

Oxunma sayı: 334
6-10-2020, 15:14

Ermənilərin Azərbaycana atdıqları Smerç tipli raketlər niyə partlamır.
Ermənilərin şəhər və kəndlərimizə atdıqları "Smerç"lərin bəziləri niyə partlamadı?
Qəribə də olsa, maraqlı sualdır.
Hazırda Azərbaycan ordusunda 30, Ermənistanda isə 9 "Smerç" reaktiv yaylım atəşi sistemi (RYAS) var.
Onlar "Smerç 9A52"lərdir.
Rusiyanın "Motovilixinskie zavodı"nın istehsalı olan "Smerç 9A52" RYAS-a MAZ-543M şassisindəki 12 borulu atış maşını, 12 raketdən ibarət döyüş komplekti olan, MAZ-543A şasisində 9T234-2 nəqliyyat-doldurma maşını və KamAZ-4310 şassisində avtomatlaşdırılmış idarəetmə sistemli komanda maşını daxildir.
Komanda maşını 6 reaktiv qurğudan ibarət batareyanı idarə edir.
Gələk partlamayan mərmilərə.
Bəli, məhz mərmilərə - sosial şəbəkələrdə və ölkə mediasında "Smerç" RYAS-ın mərmilərini nədənsə inadla "raket" adlandırırlar ki, bu da kökündən yanlış məsələdir.
20 kilometrdən 90 kilometrədək məsafədə atış imkanı olan 300 mm çaplı "Smerç 9A52"in mərmilərindən düşmən bizə qarşı əsasən qəlpə-fuqas və ya kasset döyüş başlıqlı 9M542, yaxud da 9M528 qəlpə-fuqas başlıqlı mərmilərdən istifadə edir.
Mərminin ağırlığı 800 kq, uzunluğu 760 sm-dir.
Mərminin 72 qəlpə-fuqas elementdən ibarət döyüş başlığının ağırlığı 280 kiloqramdır.
Belə mərminin düşəndən sonra partlamaması bir sıra səbəblərlə bağlıdır ki, onların arasında ən çox rast gəlinəni kasset döyüş başlığındakı elementlərin işə düşməməsidir.
Düşmənin şəhər və kəndlərimizə atdığı "Smerç" mərmilərinin tam əksəriyyəti istismar müddəti çoxdan bitmiş sursatlardır.
Rusiyanın Müdafiə Nazirliyi anbarlarda sursat ehtiyatını təzələyəndə köhnə mərmiləri ucuz qiymətə "strateji müttəfiq"lərinə satır.
Ermənistan da həmin mərmiləri "pay" olaraq aldığı üçün Rusiya haylara yararsız sursatları verib.
Bu barədə facebooksəhifəsində Elçin Əlioğlu yazıb.

Paylaş
Xəbər lentİ