Nazir iki generalı vəzifədən azad edib

Oxunma sayı: 288
8-02-2021, 14:25

Nazir iki generalı vəzifədən azad edib
Azərbaycanda iki birlik komandiri olan general ehtiyata buraxılıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.


Məlumata əsasən, Müdafiə naziri Zakir Həsənovun imzaladığı əmrlə Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.

Qeyd edək ki, hər iki generalın vəzifəsindən kənarlaşdırıldığı barədə xəbərlər hələ bir neçə ay öncə - 44 günlük Vətən müharibəsi dövründə yayılmışdı.//modern.az

Paylaş
Xəbər lentİ