Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - Video

Oxunma sayı: 333
14-02-2021, 22:51

Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - Video
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram səhifəsində Prezident İlham Əliyevlə Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyi səfərlərin görüntülərini paylaşıb.

Arasdırma.info xəbər verir ki, Mehriban Əliyeva yazıb:

"Əziz həmvətənlər!

İşğaldan azad olunmuş Füzuli, Zəngilan, Qubadlı, Laçın və Cəbrayıl rayonlarına etdiyimiz səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram".

***

Zəngilan rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yol boyunca Zəngilan rayonunda da tədbirlər var. Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır.

Bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Bura da Zəngilan şəhəridir. Biz artıq burda olmuşuq. Yenə də gəlmişik. Zəngilan şəhəri də digər şəhərlər kimi düşmən tərəfindən demək olar tamamilə dağıdılmışdı. Bir neçə ev qalmışdı. Burda onların hərbi hissəsi yerləşirdi, polis bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn, burada qanunsuz yaşayan ermənilər. Mənfur düşmən Zəngilanı bu günə qoyub.

Bütün şəhərlərimizin baş planları hazırlanır. Təqdim ediləcək, müzakirə ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək. Keçən dəfə Zəngilan şəhərinə gələndə bu bayrağı mən ucaltdım burada”, - deyə Azərbaycan Prezidenti bildirib.//axar.az

Paylaş
Xəbər lentİ