Vilayət Eyvazov 2 posta yeni komandir təyin etdi

Oxunma sayı: 275
23-03-2021, 18:35

Vilayət Eyvazov 2 posta yeni komandir təyin etdi
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayında kadr dəyişikliyi edilib. Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Arasdırma.info avtosfer.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə polis kapitanı Elnur Zeynalov YPX Alayının 9-cu tağımının komandiri vəzifəsindən azad olunaraq, 13-cü tağıma (Bərdə postuna) komandir təyin edilib. Nazirin digər əmri ilə polis leytenantı Zaur Məmmədov Alayın 9-,cu tağımına (Şəmkir postuna) komandir vəzifəsinə təyin edilib.

Paylaş
Xəbər lentİ