Nuşirəvan Məhərrəmli vəzifəsindən ayrıldı

Oxunma sayı: 281
30-03-2021, 12:16

Nuşirəvan Məhərrəmli vəzifəsindən ayrıldı
Səlahiyyət müddətim başa çatdığı üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxdım.

Bu sözləri Nuşirəvan Məhərrəmli Cahantv.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Milli Televiziya və Radio Şurasına namizədlərlə bağlı qərar ölkə başçısının sərəncamına müvafiq olaraq təyin olunacaq.

Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü olub. Eyni zamanda 2003-2020-ci illərdə şuranın sədri vəzifəsini icra edib.

Paylaş
Xəbər lentİ