İlham Əliyev sərəncam imzaladı

Oxunma sayı: 301
8-04-2021, 22:48

İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev Yusif bin Əhməd əl-Osayminin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Arasdırma.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl-Osaymin “Dostluq” ordeni ilə təltif edilsin”.//axar.az

Paylaş
Xəbər lentİ