Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı – Foto

Oxunma sayı: 276
16-05-2021, 18:12

Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı – Foto
İşğaldan azad edilmiş Suqovuşan yüksəkliklərində yol infrastrukturu işləri və yeni kommunikasiya xətlərinin çəkilməsi üçün ərazini minalardan təmizləyən Azərbaycan Silahlı Qüvvələrinin mühəndis bölmələri bir vaxtlar Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə məxsus olan saxlanc yerini aşkarlayıblar.

Arasdırma.info xəbər verir ki, bu barədə "Caliber.az" məlumat yayıb.

Bildirilir ki, piyada əleyhinə minalanmış ərazidə basdırılmış iki plastik çəlləkdə avtomat tüfənglər, pulemyot, qumbaraatan, süngü bıçaq, ərzaq məhsulları, siqaretlər, səssiz atəş cihazları, rabitə və optik müşahidə cihazları, GPS naviqatoru, zirehli jilet, siqnal tapançası, döyüş sursatları, həmçinin sadalanan silahlar üçün daraqlar və müxtəlif məqsədli patron qutular aşkarlanıb.

Kamuflyaj toru ilə örtülmüş anbarda olan çəlləklərin birində ASALA terror təşkilatının bayrağı və müəyyən miqdarda psixotrop həblər də tapılıb.

Faktla əlaqədar istintaq başladılıb və tapıntılar ekspertizaya göndərilib.//axar.az

Paylaş
Xəbər lentİ