Arvadını qətlə yetirən hakim həbs olundu

Oxunma sayı: 282
1-06-2021, 20:06

Arvadını qətlə yetirən hakim həbs olundu
Bakıda arvadını güllələyərək öldürən Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədovla bağlı məhkəmə qərar verib.

Arasdırma.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, istintaq orqanı Binəqədi rayon məhkəməsinə təqdimat verərək F.Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsini istəyib.

Məhkəmə təqdimatı təmin edərək Fəqan Əhmədovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Fəqan Əhmədov mayın 30-u gecə saatlarında Sabunçu rayonu, Ləhiç massivində yerləşən bağ evində ov tüfəngi ilə arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərk öldürüb.

F.Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) təqsirləndirilir.

Paylaş
Xəbər lentİ