İlham Əliyev çox vacib 2 SƏRRƏNCAM imzaladı-RƏSMİ

Oxunma sayı: 262
12-06-2021, 22:24

İlham Əliyev çox vacib 2 SƏRRƏNCAM imzaladı-RƏSMİ
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 2964 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanının 8.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 iyun tarixli 2964 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1142) 1-ci hissəsi ləğv edilsin", - sərəncamda qeyd olunub.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanının 8.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622; 2020, № 1, maddə 12, № 4, maddə 424, № 6, maddə 708; 2021, № 2, maddə 119) ilə təsdiq edilmiş Əlavə 1 – “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”nın 29.24-cü bəndində “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun” sözləri “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1503) 1.7.2.4-cü yarımbəndinin “Xərclərin istiqaməti” sütununda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu” sözləri “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 220, № 12, maddə 988) ləğv edilsin.

ƏTRAFLI
Snickers

İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” 2021-ci il aprelin 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

***

İlham Əliyev qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 aprel tarixli 2561 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2021-ci il aprelin 6-da imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 60 Günəş Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.//axar.az

Paylaş
Xəbər lentİ