"Bildiyiniz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyədə baş verən meşə yanğınlarını söndürmək üçün canlı qüvvə və texnika Türkiyəyə göndərilib".
Arasdırma.info "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
"Artıq 4 gündür ki, buradayıq. Muğla bölgəsi istiqamətindəki yanğınların söndürülməsi ilə məşğuluq və istədiyimizə də nail oluruq. Yerli türk qardaşlarımızla birgə bu işi davam etdiririk", - deyə E.Mirzəyev bildirib.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70