Sayğaclarda qaz limiti ilə bağlı VACİB MƏLUMAT – Nə zaman sıfırlanacaq?

Oxunma sayı: 276
22-12-2021, 04:50

Sayğaclarda qaz limiti ilə bağlı VACİB MƏLUMAT – Nə zaman sıfırlanacaq?
Arasdırma.info xəbər verir ki, bu zaman yanvar ayının 10-dək olan müddətdə sərf olunan qaz öncəki ilin dekabr ayının sərfiyyatına əlavə olunur və illik limiti keçərsə, onda vətəndaş ödənişi daha baha olan qaz tarifi ilə ödəməli olur.

Məsələ ilə bağlı “Azəriqaz”ın Mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, sayğacların sıfırlanmasının yanvar ayının 10-dək davam etməsi işçi heyətinin bu prosesi fiziki olaraq çatdırmaması ilə bağlıdır.

O, sayğacların sıfırlanmasının əlavə heç bir ödənişə səbəb olmadığını bildirib. Onun sözlərinə görə, sayğacların illik qaz limiti sıfırlandığı gündən hesablanır.

Yəni hər bir abonent bu ilin yanvarın 10-dan növbəti ilin yanvar ayının 10-dək keçən bir il müddətində qoyulmuş limitdən istifadə edir.

Qeyd edək ki, 16 oktyabr 2021-ci il tarixdə Tarif Şurasının verdiyi qərara əsasən, əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 12 qəpik təşkil edir. 1200-2500 m3-dək 20 qəpik və 2500 m3-dən çox qaz sərf edənlər üçün isə tarif 25 qəpikdir.//nokomment.az



Paylaş
Xəbər lentİ