Sağlamlıq imkanı məhdud uşağına baxdığına görə atalara 5 il tez pensiyaya çıxmaq hüququ veriləcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.
O qeyd edib ki, belə bir güzəşt analara verilmişdi, amma atalara verilməmişdi. “Dəyişikliklərə əsasən atalara da belə bir güzəştin verilməsi nəzərdə tutulur”, - deyə komitə sədri əlavə edib./trend.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70